“30 ildə bizi başa düşməyənlərə 30 gündə çox şeyi başa saldıq ” İ.ƏLİYEV Özəl təhsillə yaxından tanış olmaq üçün bir neçə deputat 1996 –cı ldə Türkiyəyə ezam olunmuşduq. Atatürk hava limanında gözümə bir şüar dəydi:“İstiqrarımız səmadadır”. Böyük Atatürk bu sözləri 1930-cu illərdə söyləmişdi. 12 may 2021-ci ildə Şuşada “Xarı bülbül festivalı”-nda iştirak edib qayıdarkən M.Atatürkün bu fikri avtobusda 25 ildən sonra yadıma təzədən düşdü. “İstiqrarımız Şuşadadır” düşüncələri altında yaranmış

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan mayın 17-də Təhlükəsizlik Şurasının iclasını keçirib. O, Azərbaycanla sərhəddə yaranmış gərginliyə, onun həlli yollarına toxunub. Paşinyan deyib ki, mayın 14-dən Azərbaycanın bir qrup hərbçisi Ermənistan ərazisindən çıxıb, dünən – mayın 16-da da oxşar proses baş verib. Amma ümumilikdə, hərbi-siyasi vəziyyət mayın 12-dən bəri dəyişməz qalıb. “Bu nə deməkdir? Bu o deməkdir ki, biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT)

Cəfər Cabbarlı 20 mart 1899-ci ildə Xızıda yoxsul kəndli ailəsində anadan olmuşdur. Onun Azərbaycan ədəbiyyatının zənginləşməsində çox böyük xidmətləri olmuşdur. Cəfər Cabbarlının yaradıcılığı çox zəngindir. Onun şeirləri, pyesləri ilə yanaşı hekayələridə Azərbaycan ədəbiyyatı üçün olduqca qiymətlidir. Onun “Mənsur və Sitarə”, “Əhməd və Qumru”, “Parapetdən Şamaxı yoluna qədər”, “Müfəttiş”, “Çocuq”, “Altun heykəl”, “Qara Qənbər”, “Gülzar”, “Dilarə”, “Aslan və Fərhad”, “Papaq”, “Dilbər”, “Firuzə”

Dağ göllərilə əhatə olunan ərazi, su hövzələrinin həcmi, sahil xətti iqlim şəraitinə görə zaman keçdikcə dəyişə bilər. Bu, eyni zamanda müxtəlif intensivliklə baş verə bilər, lakin göllər dəyişməz də qala bilər. Odur ki, mütəxəssislər ötən əsrin 70-ci illərinin xəritələrindən istifadə edərək bu gün dövlət sərhədlərini müəyyən edə bilmirlər. Köhnə xəritələri bugünkü coğrafi reallıqla əlaqələndirmək üçün mütəxəssislərin yerində işləməsi vacibdir, - Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya

Prezident İlham Əliyev son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi məlumatlandırıb. Prezidentin Mətbuat Xidmətindən verilən məlumata görə, Prezidenti İlham Əliyev mayın 17-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığında bildirib ki, hazırda sərhədin dəqiqləşdirilməsi prosesi gedir və Ermənistan tərəfi bu prosesə qeyri-adekvat reaksiya nümayiş etdirir. Ermənistanın bununla bağlı Kollektiv Təhlükəsizlik

Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovu ölümlə hədələyən şəxs polisə aparılıb. Dalidag.az xəbər verir ki, bu barədə R.Səfərovun özü feysbuk səhifəsində məlumat paylaşıb. Keçmiş müstəntiq qeyd edib ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov ona zəng edib: “Bildirildi ki, əvvəllər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilərək məhkum olunmuş vətəndaş Nasir Əsgərov tərəfindən ölümlə

11 yaşında olarkən ABŞ-ın sabiq prezidenti Barak Obamadan müsahibə götürən Deymon Uiver vəfat edib. “Palm Beach Post”un məlumatına görə, bu barədə onun bacısı Kendis Hardi xəbər verib. Onun sözlərinə görə, qardaşı təbii səbəblərdən dünyasını dəyişib. Qeyd edək ki, Deymon 2009-cu ildə ibtidai sinifdə oxuyarkən Ağ Evdə Obama ilə görüşmüş və ondan 10 dəqiqəlik müsahibə almışdı. O, prezidentdə əsasən, məktəb yeməkləri, həmyaşıdlarının zorakılığı və tələbələr arasındakı münaqişənin həlli ilə bağlı

1990-cı illərin əvvəlləri Dağlıq Qarabağın və ətraf rayonların işğalı Azərbaycanı təkcə ərazi baxımından deyil, həm də iqtisadi, sosial və mədəni itkilərlə üzləşdirdi. Buraya turizm sektorundakı maddi və mənəvi itkiləri də daxil etməkliyik. Çünki, Qarabağ Azərbaycanın tarixi -mədəni mərkəzlərindən biri olmaqla yanaşı, həm də gözəl təbiəti ilə seçilirdi. Hələ keçmiş sovetlər zamanında burada yaradılmış kurort zonaları, istirahət və əyləncə guşələrinə hər il dünyanın bir çox yerindən minlərlə
Yazı axını