15 may tarixində saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində üç nəfər naməlum şəxsin dövlət sərhədini pozması aşkar olunub. Bu barədə Dövlət Sərhəd Xidməti Mətbuat xidmətinən məlumat verilib. Bildirilib ki, sərhəd pozucuları sərhəd naryadının “Dayan” əmrinə tabe olmayıb, sərhəd naryadına qarşı odlu silahdan atəş açıb, əllərindəki yükü

Qarabağda aktiv əməliyyatlar bitəndən sonra gündəmə yeni münasibətlərin, sərhədlərin müəyyənləşməsi məsələsi gəldi. Azərbaycan bu istiqamətdə çox fəaldır. Ermənistan prosesə bacardıqca mane olmağa çalışır. Dalidag.az xəbər verir ki, mayın 12-dən Zəngəzurda və Göyçədə yaranan gərginlik aradan qalxmayıb. Ermənistan Azərbaycan hərbçilərinin Qaragöl ətrafında sərhədi pozduğunu iddia edir. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında isə rəsmi mövqe aydın göstərilib. Məqsəd

Vasif SADIQLI Azərbaycanda ilk orfoqrafiya lüğəti 1929-cu ilə çap olunub. Təbii ki, ona qədər də müəyyən qaydalar olub. Doğrudur, bu istiqamətdə ətraflı tədqiqatlar aparılmayıb. Amma filologiya elmləri doktoru, professor Samət Əlizadənin “Kitabi-Dədə Qorqud” və Füzulinin dilinin orfoqrafik qaydaları haqqında müəyyən araşdırmalar apardığı məlumdur. Təəssüf ki, belə tədqiqatlar çox azdır. 20-ci əsrdə ölkəmizdə 1940, 1960, 1975, 2004-cü illərdə orfoqrafiya lüğətinin təkmilləşdirilmiş nəşrləri çap

Sabir Şirvan Deyirlər Peyğəmbərlərdən sonra Allaha ən yaxın olan zümrə şairlərdir. Əlbəttə, söhbət iddiaları özlərindən böyük olan, cızmaqaraları ilə elə bil insanların ədəbi zövqünü korlamağı özlərinə borc bilən və sosial şəbəkələrdə meydan sulayan qrafomanlardan yox, ədəbi aləmi zənginləşdirmək arzusunda olan əsl istedad sahiblərindən gedir. Məhz bu prizmadan yanaşanda, Sabir Şirvanın rəvan təbli-istedadlı söz adamı olduğunu elə bəri başdan əminlik hissiylə söyləyə bilərəm. Nə qədər

Ötən gecə İrəvanda silahlı insident baş verib. Hadisə zamanı 23 yaşlı gənc oğlan boyun nahiyəsindən güllə xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Faktla bağlı Ermənistanın Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayət işi açılıb. Qeyd edilir ki, hadisə yerində güllə və gilizlər aşkar edilib. Hadisə ilə bağlı şahidlər dindirilir, ekspertiza təyin edilib.

Yolumuz Azərbaycanın tarixi, dini və maddi-mədəniyyət nümunələri ilə zəngin olan Laçın rayonuna, daha dəqiq desək, burada yerləşən "Ağoğlan" məbədinədir. Səfərə gecə çıxmağımız bizə fürsət verir ki, bir neçə saatdan sonra Günəşin necə zühur etdiyinə bir də müqəddəs torpaqlardan şahidlik edək. Qarşıda 400 kilometrə yaxın yolumuz var. Gözəl yolçuluqdur, Azərbaycan əsgərinin fəth etdiyi yolları qət etmək, onların izi ilə getmək, onların açdığı cığırlarla irəliləmək... Artıq Bakıdan uzaqlaşdıqca,

Zəngəzur (Sünik) və Geqarkunik vilayətlərində Azərbaycan Ordusunun 12-13 may tarixlərində sərhədləri dəqiqləşdirmək üçün atdığı addımla bağlı (Qaragölə nəzarətin bərpa olunması nəzərdə tutulur – red.) situasiyada heç bir dəyişiklik yoxdur. Dalidag.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib. Qeyd edilib ki, erməni tərəfi Azərbaycan hərbçilərinin əvvəlki mövqelərinə çəkilməsini heç bir ilkin şərt irəli sürmədən tələb edib. “Məsələnin sülhlə həlli
Yazı axını