Rusiya üçün Qarabağ məsələsi qapanıb. Ölkənin xarici işlər naziri Sergey Lavrov Rusiyanın Türk şurasına daxil olmasını mümkün sayıb. Dalidag.az xəbər verir ki, bu barədə “Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan növbəti videosüjetdə bildirlib. “Qeyd etmək lazımdır ki, şuranın son iclasında təkcə Azərbaycanla Türkiyə deyil, həm də Orta Asiyanın keçmiş sovet ölkələri, eləcə də Macarıstan Qarabağ münaqişəsinin həlli və Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsinə tam olaraq dəstək

Sosial şəbəkələrin erməni seqmentində 1000 azərbaycanlı əsgərin Zəngəzurda olması barədə məlumatlar yayılıb. Dalidag.az xəbər verir ki, Ermənistan Müdafiə Naziriyi bununla bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, Zəngəzura keçən Azərbaycana məxsus hərbi hissə 22 may axşam saatlarında geri mövqelərinə qayıdıb. Xatırladaq ki, Baş nazir səlahiyyətlərini icra edən Nikol Pşainyan hökumətin 20 maydakı iclasında 500-600 azərbaycanlı əsgərin Zəngəzurda olduğunu bildirmişdi. Onun sözlərinə görə,

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Zallar kəndindən videogörüntülər paylaşıb. Dalidag.az həmin görüntüləri təqdim edir:

Ermənistan informasiya vasitələrinin məlumatına görə, mayın 20-də Azərbaycan ordusunun daha 30-a yaxın əsgəri Ermənistanın Sünik vilayəti Xoznavar kəndi ərazisinə daxil olub. Dalidag.az xəbər verir ki, məlumatı Sünik vilayətinin administrasiyası da təsdiq edib. Kənddən qadın və uşaqların təxliyə edildiyi bildirilir. Yerli sakinlər Yerevan hakimiyyətinin sərhədlərin qorunması və əhalinin müdafiəsində biganəlik göstərməsindən narazıdır. Bəzi sakinlər müdafiə üçün hökumətdən silah tələb edir.

Polşanın "Belsat" telekanalının 6 əməkdaşı Minskdə polis tərəfindən saxlanılıb. Bu barədə Belarus Jurnalistlər Birliyinin sədr müavini Boris Qaretski məlumat verib. Jurnalistlərin KİV haqqında qanunu pozduğu üçün saxlanıldığı bildirilib.
Yazı axını