Xoznavar sakinləri: “Azərbaycan əsgərləri hər gün irəli gəlir” - VİDEO
23-05-2021 10:52
Dalidag.az xəbər verir ki, məlumatı Sünik vilayətinin administrasiyası da təsdiq edib. Kənddən qadın və uşaqların təxliyə edildiyi bildirilir.
Yerli sakinlər Yerevan hakimiyyətinin sərhədlərin qorunması və əhalinin müdafiəsində biganəlik göstərməsindən narazıdır. Bəzi sakinlər müdafiə üçün hökumətdən silah tələb edir.
Rəsmi Bakı Qaragölün bötövlükdə Azərbaycana məxsus olduğunu və Azərbaycan ərazisində yerləşdiyini bildirir.
Azərbaycan Respublikası Ekologiya Nazirliyinin saytında deyilib ki, Qaragöl və onun ətraf ərazisi "tarixən Azərbaycan torpağı olmuş və 30 ilə yaxın davam edən işğal prosesindən sonra hazırda tamamilə işğaldan azad edilmişdir."
Azərbaycan XİN sözçüsü Leyla Abdullayeva bildirib ki, son 30 ildə Azərbaycanla Ermənistan arasında sərhədin müəyyən olunmamasının əsl səbəbi, "beynəlxalq hüququn fundamental prinsiplərinin Ermənistan tərəfindən tapdalanmasıdır."
"Ermənistan hələ də anlamır ki, bir ölkə öz ərazisini işğal edə bilməz, yalnız işğaldan azad edər," - Leyla Abdullayeva deyib.
Mayın 12-dən başlayaraq, Azərbaycanla Ermənistan sərhədində, Zəngəzur (Sünik) bölgəsində, Qaragöl (Sevliç) ətrafında gərginlik yaşanır.
Ermənistan Azərbaycan hərbçilərinin sərhədi pozduğunu, Azərbaycan isə torpaqları ''30 il işğal altında qaldıqdan sonra indi beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdiyini'' bildirir.
Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bəyan edib ki, Azərbaycan ordusu Ermənistan sərhədini keçərək Sünik və ya Zəngəzur rayonundakı Sevliç - Qaragöl - ərazisi boyunca 3.5 kilometr irəliləyib.
Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilib ki, ''Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir''./"BBC Azərbaycanca"
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 23-05-2021 10:52
Baxış sayı: 4290Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)



















