İki bacının bircə qardaşı, ailənin kiçiyi və ən sevimlisi idi. Hələ uşaqlıqdan sapsarı saçları, göy gözləri ilə hamının diqqətini cəlb edirdi. Hamı onu “Əbi” deyə, çağırar, əzizləyərdi. Tale elə gətirdi ki, bu yaraşıqlı və gözəgəlimli oğlan təkcə doğulub-böyüdüyü kəndin, el-obanın yox, onu tanıyanların da, tanımayanların da sevimlisinə çevrildi. Şəhidliyi ilə hamının gözündən ucaldı. Eyvazov Əbülhəsən Balaş oğlu 1996-cı il noyabrın 1-də Kürdəmir rayonunun Mollakənd kəndində doğulmuşdu. Hələ 9

Bu gün Kəlbəcər həsrəti ilə bu dünyadan köç edən şair Əlövsət Misiroğlunun doğum günüdü. Yaşasaydı 71 yaşını qeyd edəcəkdi. Nə yazıq ki, amansız əcəl 6 il əvvəl onu aramızdan apardı. Kəlbəcərin azadlığını görmədi, ürəyində yara, könlündə qübar, yurduna qovuşmadan dünyasını dəyişdi. Artıq Kəlbəcər azaddır. Yəqin indi şairin didərgin ruhu Dəlidağın zirvəsində dolaşır... Qeyd edək ki, Əlövsət Misir oğlu Əmrahov (Əlövsət Misiroğlu) 1950-ci il may ayının 27-də Kəlbəcər rayonunun Çovdar kəndində

Bu yazı öncə başqa bir ovqatda hazırlanmışdı. Yazının ilk notlarından onun ruhu Mehdixan Kəlbəcərlinin 80 illik yubileyinə köklənmişdi. Xatırladım ki, illər öncəsi şairin 70 illik yubileyi Gəncə şəhərində böyük təntənə ilə keçirilmişdi. Tədbirdə Kəlbəcər rayonunun rəhbərliyi, Kəlbəcərin və digər bölgələrin saz-söz adamları da iştirak etmişdilər. Yubiley tədbiri sözün əsil mənasında saz-söz bayramına çevrilmişdi. Onda yubiley ovqatı Kəlbəcər həsrətilə yanan şairə böyük təsəlli olmuşdu. Bu gün

Bu gün Qaradağ rayonunun Ümid qəsəbəsində məcburi köçkünlərin təşəbbüsü, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Respublika Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Ümid qəsəbəsində məcburi köçkünlər üçün salınmış müasir tipli yaşayış kompleksi Prezident İlham Əliyevin bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət probleminin həllinə göstərdiyi diqqət və qayğının bariz təzahürüdür. Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına

Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində Azərbaycan Müdafiə Nazirliyinin hərbi yük maşını Azərbaycan postları istiqamətində təchizat yolunu izləyərkən minaya düşüb. Dalidag.az qafqazinfo-ya istinadən xəbər verir ki, azərbaycan hərbçiləri itki verib, yaralılar var. Azərbaycan komandanlığı əvvəlcə minanın keçənilki döyüş əməliyyatları zamanı qoyulduğunu güman edib. Lakin Ermənistan Baş nazirinin bugünkü rəsmi açıqlaması (Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan

YAP Kəlbəcər rayon Təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə müxtəlif regionlarda yaşayan on beş kəlbəcərli şəhidin atası II Fəxri Xiyabanda və Hərbi Qənimətlər Parkında olmuşdur. Dalidag.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə II Fəxri Xiyabanı ziyarət edərək vətən uğrunda canlarını qurban verən şəhidlərimizin məzarlarını ziyarət edib. Sonra Hərbi Qənimətlər Parkında olan şəhid ataları parkla tanış olaraq 44 gün müddətində düşmən üzərində qazanılan qələbəni özündə əks etdirən düşmənə

Ermənistanda parlament seçkiləri qabağı gərginliyin yenidən artması təsadüf deyil. Gərginlik məqsədli surətdə artırılır. Unutmamalıyıq ki, Qarabağ klanının hələ də erməni ordusu içərisində mövqeləri güclüdür. Dalidag.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov mayın 24-dən 26-nadək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqelərinin Ermənistanın Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən

Mayın 27-si gecə saatlarında Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində təxribat törətməyə çalışarkən Azərbaycan Ordusu tərəfindən əsir götürülən altı erməni hərbçinin fotoları yayılıb. Dalidag.az xəbər verir ki, həmin görüntülər sosial şəbəkədə paylaşılıb. Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, düşmən Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri

Mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib. Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınaraq
Yazı axını