Reklam
Kəlbəcərli gənclərin təşəbbüsü ilə on beş şəhid atası II Fəxri Xiyabanda və Hərbi Qənimətlər parkında olub -ŞƏKİLLƏR
27-05-2021 14:04

YAP Kəlbəcər rayon Təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə müxtəlif regionlarda yaşayan on beş kəlbəcərli şəhidin atası II Fəxri Xiyabanda və Hərbi Qənimətlər Parkında olmuşdur.
Dalidag.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə II Fəxri Xiyabanı ziyarət edərək vətən uğrunda canlarını qurban verən şəhidlərimizin məzarlarını ziyarət edib. Sonra Hərbi Qənimətlər Parkında olan şəhid ataları parkla tanış olaraq 44 gün müddətində düşmən üzərində qazanılan qələbəni özündə əks etdirən düşmənə məxsusu döyüş vasitələri ilə tanış olublar.
Tədbirdə iştirak edən Milli Məclisin deputatı Aqil Məmmədov, YAP Kəlbəcər rayon Təşkilatı Gənclər Birliyinin sədri Hikmət Bağırov bildirmişdirlər ki, bu tədbirin əsas məqsədi dövlətimizin başçısı cənab ilham Əliyevin tapşırığı ilə salınmış Hərbi Qənimətlər parkında əyani şəkildə şəhid atalarına göstərmək, onların qəhrəman övladları tərəfindən uzun illər istehkam quraraq möhkəmlənmiş, hər cür silah və texnika ilə silahlanmış amansız düşmənə qarşı vuruşaraq bu istehkamları, texnikaları darmadağın edərək xalqımıza qələbə sevincini bəxş etdiklərini bir daha diqqətlərinə çatdırmaq olmuşdu. İllər keçsə də xalqımız hər zaman şəhidlərimizin xatirəsini uca tutacaq və bu qurulan park onların qəhrəmanlığının təbliğatçısı olacaqdır.
“Qarabağ” ordenli şəhid mayor Azər Mikayılovun atası Əmrah Mikayılov şəhid ailəri adından çıxış edərək bildirib ki, parkla tanış olarkən onlar övladları ilə daha da qürür duyublar, düşmənə necə bir sarsıdıcı zərbə vurulduğunun şahidi olublar. Onlara göstərilən yüksək hörmət və ehtirama görə şəhid ailələri adından cənab prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Dalidag.az









Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 27-05-2021 14:04
Baxış sayı: 3369Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























