Sərhəddə gərginliyin pərdəarxası məqamları - Zülfüqarov
27-05-2021 10:58
Ermənistanda parlament seçkiləri qabağı gərginliyin yenidən artması təsadüf deyil. Gərginlik məqsədli surətdə artırılır. Unutmamalıyıq ki, Qarabağ klanının hələ də erməni ordusu içərisində mövqeləri güclüdür.Dalidag.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov mayın 24-dən 26-nadək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqelərinin Ermənistanın Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulması haqda danışarkən deyib.
O bildirib ki, cəbhədə baş verən insidentlər seçkilərlə bağlıdır:
“Qarabağ klanı seçkiqabağı ordu daxilindəki nüfuzundan istifadə edərək süni gərginliklər yaratmağa, bu yolla da daxili auditoriyaya təsir etməyə çalışır.
Mahiyyət etibarilə baş verən gərginlik növbəti məkrli planın tərkib hissəsidir. Belə ki, Ermənistan yenidən münaqişə yaradıb, digər oyunçuları regiona gətirmək istəyir. Bildiyiniz kimi, 10 noyabr bəyanatının heç bir bəndində sərhədlə bağlı nəsə yoxdur. Rəsmi İrəvan bundan istifadə edərək sərhəddə gərginlik yaradır və birinci mərhələdə Rusiyanın mandatını və müşahidəçilərini gərginlik olan ərazilərə yerləşdirməyə cəhd edir.
Digər tərəfdən, Ermənistan bu yolla uzun müddətdir fəaliyyətsiz qalan ATƏT-in Minsk Qrupunun həmsədrlərini də yenidən aktivləşdimək istəyir. Məsələ ondadır ki, həmsədrlər uzun müddətdir prosesə qoşulmaq istəyirdi. Rəsmi Bakı isə münaqişənin bitdiyini əsas gətirərək həmsədrlərin regiona gəlişini istəmirdi. İrəvan bu yolla başqa gücləri bölgəyə cəlb edərək həm də Zəngəzur dəhlizinin reallaşmasını ləngitmək niyyətindədir”.
T. Zülfüqarov onu da qeyd edib ki, baş verən gərginliyin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın regiona gözlənilən səfəri ilə heç bir əlaqəsi yoxdur.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 27-05-2021 10:58
Baxış sayı: 4256Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















