Ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik müzəffər ordumuzun gücünə güc qatdı. Bu, işğal altındakı torpaqlarımızın azad edilməsi naminə xalqımızın Ali Baş Komandanın ətrafinda sıx birləşməsinin bariz ifadəsi, qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi idi. Yaşından, cinsindən, milliyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı bu tarixi missiyaya layiqli töhfəsini verməklə müzəffər ordumuzun

Mayın 15-də Rusiya sülhməramlılarının komandanı general-leytenant Rüstəm Muradovun və Ermənistandakı 102-ci hərbi bazanın hərbçilərinin iştirakı ilə Zəngəzurda Qaragöllə bağlı Azərbaycan və Ermənistan sərhədçiləri arasında aparılan danışıqlar mayın 16-da davam etdiriləcək. Danışıqların saat 14:00-da davam etdirilməsi barədə razılıq əldə edilib. Bu saat Ermənistanda ən çox müzakirə olunan məsələ Azərbaycan Ordusunun dövlət sərhədinin demarkasiyası nəticəsində Gorus istiqamətində 3 kilometr

Azərbaycan Ordusu bu gündən genişmiqyaslı təlimlərə başlayır. 15 minlik şəxsi heyətin, 300 tankın cəlb olunduğu təlimlər Ali Baş Komandanın təsdiq etdiyi plana əsasən gerçəkləşir. Dalidag.az-ın məlumatına görə, Azərbaycan Ordusunun ehtiyatda olan general-leytenantı Yaşar Aydəmirov publika.az-a açıqlamasında söyləyib ki, budəfəki təlimlər sıradan bir təlim deyil: “Birincisi, Azərbaycan Qarabağ torpaqlarının xeyli hissəsini işğaldan azad edib. Bununla əlaqədar yeni tapşırıqlar meydana gəlib. Ordu

Vətən müharibəsi iştirakçısı Niyazi Gündüz oğlu İbrahimli vəfat edib. Dalidag.az report-a istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü N.İbrahimli mayın 14-də dünyasını dəyişib. O, II Qarabağ müharibəsindən sonra bir müddət ürəyindən müalicə olunub. Mayın 14-də N.İbrahimlinin ürəyində yenidən ağrılar yaranıb və o, xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, N.İbrahimli orada vəfat edib. Qeyd edək ki, N.İbrahimli Vətən müharibəsi başlayan zaman könüllü olaraq ordu sıralarına

Dövlət Sərhəd Xidmətinin (DSX) İran-Azərbaycan sərhədində atışma nəticəsində şəhid olan baş leytenantı Samir Eyvazovun cənazəsi Tovuz rayonunda ailəsinin yaşadığı evə gətirilib. Dalidag.az xəbər verir ki, hazırda şəhidlə vida mərasimi keçirilir. Mərasimdə S.Eyvazovun yaxınları, dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edirlər. Vida mərasimindən sonra şəhid Tovuzun Bozalqanlı kənd qəbiristanlığında dəfn olunacaq. S.Eyvazov evli idi, bir azyaşlı övladı yadigar qalıb. Qeyd edək ki,

Sərhəd məsələlərinin kökündə duran səbəb Ermənistanın 2020-ci il noyabrınadək Azərbaycan ərazilərini qanunsuz işğal altında saxlaması olub. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozan məhz Ermənistandır. Azərbaycan yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir. Azərbaycanın guya Ermənistanın "suveren ərazisini” pozduğuna dair iddialar tamamilə əsassızdır. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov generalı işdən çıxarıb. Dalidag.az-ın unikal.org-a istinadən məlumatına görə, nazir FHN-nin Mülki müdafiə qoşunları komandanının müavini,general-mayor Ramin Cəfərovu vəzifəsindən azad edib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən bu gün (mayın 16 - Red) Azərbaycan Ordusunda qoşun növlərinin cəlb edilməsi ilə təlimlər keçiriləcək. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Müdafiə nazirinin rəhbərliyi ilə keçiriləcək təlimə 15000 nəfərədək şəxsi heyət, 300-dək tank və digər zirehli texnika, 400-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv
Yazı axını