Kəlbəcər Rayon Təhsil Şöbəsinin müdiri səlahiyyətlərini müvəqqəti icra edən, məsləhətçi İsmayıl Məhəmmədovun iştirakı ilə onlayn müşavirə keçirilib. Dalidag.az -ın məlumatına görə, müşavirədə təhsil şöbəsinin əməkdaşları və məktəb direktorları iştirak edib. Görüşdə çıxış edən İsmayıl Məhəmmədov pandemiya tələblərinə uyğun məktəblərdə işin təşkili, təhsil işçilərinin vaksinasiyası, məktəblərdə aparılmış monitorinqlərin təhlili, 2021-2022-ci tədris ili üçün I siniflərə şagird qəbulu, elektron

Birinci sinifə iki qonşu uşaq gətirirlər. İkisi də eyni yerdə - eyni partada yanaşı oturur. Bir-birinə məhrəm, mehriban iki qonşu uşaq. Bir oğlan, bir qız. Oğlan uşağı sapsarı, ağıllı gözləri olan , yaşına uyğun gəlməyən ciddiyyətli, az danışan, mısmırıqlı, utandığından başın qaldırıb heç kəsə baxmayan, amma istedadı üz-gözündın bəlli olan, qız dilli-dilavər, qaraqaş-qaragöz, qara qıvrım telli. Sinif bölünür, müəlimə onların yerini dəyişir. Qızı qonşu sinfə aparırlar, oğlan bu sinifdə qalır,

Müdafiə Nazirliyi Ağdam rayonunun Sarıhacılı kəndindən video yayıb. Dalidag.az həmin görüntüləri təqdim edir:

Qida xidmətinin mütəxəssisləri Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingenti üçün Pasxa süfrəsi hazırlayıblar. Dalidag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin əsas dislokasiya məntəqəsində İsa Məsihin dirilişinin qeyd olunmasına hazırlıqlar başlayıb. “Pasxa ərəfəsində hərbçilər üçün Pasxa kuliçləri və Pasxa yumurtaları hazırlanıb və təqdim olunub. Bayram yeməyi hazırlandıqdan

Dərbənddə yazıb-yaradan yazıçı-dramaturq, şair- tərcüməçi Fəxrəddin Oruc Qəribsəsin yeni kitabı işıq üzü görüb. Dalidag.az bildirir ki, bu barədə müəllif özü məlumat verib. Kitab "Sirdaş gecələr" adlanır. Qeyd edək ki, Fəxrəddin Oruc Qəribsəs Rusiya Yazıçılar və Jurnalistlər İttifaqlarının, eyni zamanda, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. On beşə yaxın kitab müəllifidir, xeyli sayda tərcümələri var. Müəllif doğma azərbaycan türkcəsindən başqa rus, tat və ləzgi dillərini də bilir.

Uzun illər polis sistemində yüksək vəzifələrdə çalışan, 2013-2016-cı illərdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tutan Akif Səlimov vəfat edib. Dalidag.az xəbər verir ki, daha əvvəl infarkt keçirən A.Səlimov uzun sürən xəstəlikdən sonra 71 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Akif Səlimov 2013-2016-cı illərdə Laçın rayonun icra başçısı vəzifəsində işləyib. Bundan öncə isə bir sıra rayonlarda polis rəisi vəzifəsində çalışıb. Belə ki, 1990-cı ilin noyabr ayından 1994-cü ilin

İrəvanda gecə saatlarında atışma baş verib. Erməni KİV-ləri xəbər verir ki, hadisə nəticəsində 4 nəfər yaralanıb. Yaralılar arasında İrəvan bələdiyyələrinin başçıları da var. Qeyd olunur ki, atışma kazinonun qarşısında baş verib. İnsidentlə əlaqədar Ermənistanın şəhərlərindən birinin meri axtarışa verilib. Dalidag.az
Yazı axını