Reklam
Kəlbəcər Rayon Təhsil Şöbəsində onlayn müşavirə keçirilib - Şəkillər
01-05-2021 18:08

Kəlbəcər Rayon Təhsil Şöbəsinin müdiri səlahiyyətlərini müvəqqəti icra edən, məsləhətçi İsmayıl Məhəmmədovun iştirakı ilə onlayn müşavirə keçirilib.
Dalidag.az-ın məlumatına görə, müşavirədə təhsil şöbəsinin əməkdaşları və məktəb direktorları iştirak edib. Görüşdə çıxış edən İsmayıl Məhəmmədov pandemiya tələblərinə uyğun məktəblərdə işin təşkili, təhsil işçilərinin vaksinasiyası, məktəblərdə aparılmış monitorinqlərin təhlili, 2021-2022-ci tədris ili üçün I siniflərə şagird qəbulu, elektron sistemlərlə işləyən zamanı yaranan problemlər, məktəblərdə Mülki Müdafiə işinin təşkili və cari məsələlər geniş müzakirə olunub.
Bundan əlavə İsmayıl Məhəmmədov direktorlara vaksinasiya prosesinə daha məsuliyyətlə yanaşmağı, bu məsələ ilə bağlı onların üzərinə düşən vəzifələrin düzgün dəyərləndirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, ənənəvi tədrisin bərpası üçün ən vacib məsələlərdən biri təhsil işçilərinin vaksinasiyasıdır.
Sonda məktəb rəhbərlərinin sualları cavablandırılıb.
Dalidag.az







Kateqoriya: Kəlbəcər
Tarix: 01-05-2021 18:08
Baxış sayı: 3737Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























