Kəlbəcərdə qar əridikcə basdırılmış minalar üzə çıxır. Dalidag.az xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər paylaşılıb. Belə ki, Murovdağ ətrafında dağın yamacında yüzlərlə piyada əleyhinə mina tapılıb. Qarın əriməsi və dağın yüksəkliyindəki qar topasının uçqun nəticəsində aşağı yığılmasından sonra minalar üzə çıxıb. Ətraflı videonu təqdim edirik: Dalidag.az

Şahlar ƏSGƏROV, Əməkdar elm xadimi, “Şöhrət” ordenli professor Səfər Verdiyev haqqında bir neçə çap olunmamış dəyərli hadisələri yada salmaq istərdim Səfər Xəlil oğlu Verdiyev Kəlbəcər torpağının yetişdirdiyi dəyərli kəlbəcərli, Azərbaycanın tanınmış partiya və dövlət xadimi idi. 1941-45-ci illər müharibəsindən sonrakı illərdə Kəlbəcərin qurulmasında, elektrikləşməsində, şəhər infrastrukturunun yaranmasında, kəndlərə avtomobil yolunun çəkilməsində böyük xidmətlər göstərmişdir. Kəlbəcərin o

“Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun apardığı 44 günlük müharibə müasir tariximizə qızıl hərflərlə yazıldı. Azərbaycan Respublikası Prezidentinin nümayiş etdirdiyi qətiyyətli mövqe, xarici mediaya verilən müsahibələr, ordumuzun misilsiz şücaəti, xalqımızı 30 ildir yaşadığı məğlubiyyət girbadından qurtardı. Bütün bunlar Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycanın maraqlarına, mənafeyinə tam cavab verən milli siyasətə sadiqliyin, bu

Kəlbəcər Rayon İcra Hakimiyyətinin təşkilatçılğı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönmündə ağacəkmə aksiyası keçirilib. Dalidag.az -ın məlumatına görə, ölkəmizin hər yerində olduğu kimi, bu gün Kəlbəcər Rayon İcra Hakimiyyətində müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib. Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev və

Xalq şairi Sabir Rüstəmxanlının 75 illiyinə həsr olunmuş "Sabir Rüstəmxanlı üçün yaz” adlı yazı müsabiqəsi elan edilib. Dalidag.az xəbər verir ki, "Yeni Çağ” Media Qrupunun təşkilatçılığı ilə keçirilən müsabiqəyə #rüstəmxanlıüçünyaz, #sabirrüstəmxanlı75 həştəqlərindən istifadə edərək sosial şəbəkələrdə ("Facebook”, "Twitter”, "İnstagram”) paylaşım etməklə və ya məqalə qələmə almaqla qatılmaq mümkündür. Yazılmış məqalə və sosial şəbəkələrdə edilmiş paylaşımlar arasından seçim ediləcək və müəyyən

İşğal dövründə Şuşa şəhərindəki tarixi Mamay bulağının ermənilər tərəfindən özününküləşdirilməsinə cəhd edilmişdi. Dalidag.az xəbər verir ki, bulağın üzərində olan ərəb əlifbalı kitabə işğal dövründə dəyişdirilərək erməni dilində olan xaç və simvollarla əvəz edilmişdi. Bununla yanaşı əvvəllər mövcud olmayan yeni simvol və yazılar da əlavə olunmuşdu. Hazırda ermənilər tərəfindən əlavə olunan bütün simvol və yazılar sökülərək, bulaq öz əvvəlki görkəmində bərpa edilir. Qeyd edək ki, Mamay bulağı

Bu gün Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin bazasında 450-dən çox sülhməramlı II dünya müharibəsində qələbənin 76-cı ildönümünə həsr olunmuş təntənəli toplantıda iştirak edib. Dalidag.az xəbər verir ki, RF-nin Müdafiə Nazirliyinin saytının yaydığı məlumata görə, təntənəli tədbir zamanı 1945-ci il mayın 1-də Reyxstaq binasının damına sancılmış Zəfər bayrağının orijinalının meydana gətirilməsi ilə başlayıb. Daha sonra Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqunun Dağlıq

Türkiyənin Hakkari bölgəsinin Çukurca rayonunda terrorçularla toqquşma zamanı ağır yaralanan piyada mütəxəssis çavuş Murat Nar müalicə aldığı xəstəxanada şəhid olub. Dalidag.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Bildirilib ki, şəhid çavuşun cənazəsi bu gün günorta saatlarında Taşköprü mahalında qılınacaq cənazə namazından sonra Çiftkıran kəndində dəfn ediləcək. Allah rəhmət eləsin! Dalidag.az
Yazı axını