Reklam
Səfər Verdiyev haqqında eşitmədikləriniz - Şahlar Əsgərov yazır
10-05-2021 17:22
Şahlar ƏSGƏROV,
Əməkdar elm xadimi,
“Şöhrət” ordenli professor
Səfər Verdiyev haqqında bir neçə çap olunmamış dəyərli hadisələri yada salmaq istərdim
Səfər Xəlil oğlu Verdiyev Kəlbəcər torpağının yetişdirdiyi dəyərli kəlbəcərli, Azərbaycanın tanınmış partiya və dövlət xadimi idi. 1941-45-ci illər müharibəsindən sonrakı illərdə Kəlbəcərin qurulmasında, elektrikləşməsində, şəhər infrastrukturunun yaranmasında, kəndlərə avtomobil yolunun çəkilməsində böyük xidmətlər göstərmişdir. Kəlbəcərin o vaxtlarında o zamankı qanunvericilik orqanı olan Ali Sovetdə təmsil edən deputat olmuşdu.
Səfər müəllim örnək ailə başçısi olmuş və bütün övladlarına ali təhsil vermişdi.
Mən Səfər Verdiyev haqqında "Dalidag.az" saytında “Uudulmuş unudumazlar” rubrikasında Məhəmməd Nərimanoğlunun çap etdirdiyi məqaləsini oxudum və xoşuma gəldi. Səfər müəllim haqqında bioqrafik məlumatlar hərtərəfli - ətraflı və sevgi ilə yazılmışdı. Təkrarçılığa yol verməmək üçün düşünürəm ki, mən öz xatirələrimi Səfər müəlimin özündən eşitdiyim bəzi söhbətlər ilə zənginləşdirim. Belə söhbərlər az deyil. Unudulmaz Səfər Verdiyevin ictimai-siyasi həyatl və fəaliyyəti haqqında maraqlı məlumatlar çoxdur.
Səfər müəllim Kəlbəcər Rayon Partiya Komitəsinin birinci katibi olanda atam Qaçay Əsgərov da Partiya Komitəsində üçüncü katib işləyirdi. Üstəlik, sonralar da yaxın qohum olduq. Səfər müəllimin xatirəsi Verdiyevlər ailəsi üçün nə qədər əziz və istəklidirsə, bizim ailə üçün də o qədər əziz və istəklidir. Ancaq bu yazıda böyük şəxsiyyət haqda bir neçə çap olunmamış dəyərli hadisələri yada salmaq istərdim. Bu hadisələrin ictimai əhəmiyyətli böyükdür və onun zəngin daxili aləmindən xəbər verir.
Səfər müəllimin ədəbiyyatı, musiqi duyumu ilə Kəlbəcərin dilbər təbiəti arasında bir harmoniya var idi. Yazdığı şeirlər, saza və musiqiyə vurğunluğu onun nə qədər duyğusal şəxs olduğunu göstərir. Bir sözlə, yüksək səvyyəli, incə zövqlü bir ziyalı idi Səfər Verdiyev.
Yay aylarında Kəlbəcərə paytaxtdan gələn dövlət adamları, alimləri, şairləri, musiqiçiləri qonaqpərvərliklə qarşılamış və onların çoxu ilə sonralar dost münasibətləri qurmuşdi.
Səməd Vurğun kimi böyük insanlarla bağlı etdiyi söhbəti yaxşı xatırlayıram.
Səfər müəllim söhbətlərin birində dedi ki, Səməd Vurğunla İstisu qəsəbəsində gəzirdik: ”...Əvəzolunmaz təbiəti, onun yamaclarını, Tərtər çayını diqqətlə seyr edirdik. Hava ətirli və çox xoş idi. Birdən mənə dedi ki, Səfər, aşağıya bax. Baxdım və gördüm ki, bir qadın sacda çörək bişirir. Sacın qırağında uzanan boz it dəcəllik etmək istəyəndə, arvad oxlovla iti vurur, sonra oxlovu qoltuğuna çəkməklə salavatlayır və yuxanı sac üzərində o yan-bu yana çevirir. Səhnə xoşuna çox gəlmişdi.
Dedi:
-Gəl, ora gedək.
Getdik. Qadını salamladı və dedi:
-Ay xala, o yuxaya bizi də qonaq edərsənmi?
Qadın heç üzümüzə baxmadan:
-Qurban olum, nyyə qonaq etmərəm ki?-deyib, itə dəymiş oxlovla yüxanın birini Səmədə, birini də mənə uzatdı və alaçığa tərəf səsləndi:
-Qızım, ordan pendir gətir, qonaqlarımız yuxanı pendirlə yesin. Pendirli yuxanı yeyərkən, dürmək əlində dedi:
-Səfər, aydındır ki, qadın və məktəbli qızı nə mənim Səməd Vurğun, nə də sənin rayonun birinci katibi olduğunu bilmir. Ancaq xalqın böyüklüyinə bax: həm bizə çörəyin verir, həm də “qurban olum”deyir. Çörəyin verənlər, adətən, “qurban olum” deməz, “qurban olum” deyənlər isə çörəyin verməz. Səfər, biz çox möhtəşəm xalqıq...”
Səfər müəlimin hər səfəri, hər görüşü bir hekayə idi. Çünki özü böyük şəxsiyyət idi. Səfər müəllimdən eşitdiyim digər söhbət:
“1947-ci ildə müharibədən qayıdandan sonra Gəncə Vilayət Partiya Komitəsində təlimatçı işləyirdim. Bir gün məni bir ərizəni yoxlamağa Xanlar rayonuna göndərdilər. Ərizədə bir erməni qadını sovxozun azərbaycanlı direktoruna şər ataraq qeyd edirdi ki, mənə təcavüz edib. Mən həmin sovxoza getdim və direktorla görüşdüm. Təsadüfən direktor mənim əsgərlik yoldaşım çıxdı və gəlişimin səbəbini soruşdu, qısaca dedi:
-Səfər, sən öl böhtandır!
Gəncə Vilayət Partiya Komitəsində bu ərizə müzakirə olunanda, prokuror təcavüzü təsdiqləyən çoxlu sənədlər olduğunu dedi. Vilayət Partiya Komitəsinin sədri böyük partiya, dövlət xadimi olan İman Mustafayev idi. Məndən soruşdu ki, niyə sən ərizəni böhtan hesab etmisən? Mən cavab verdim ki, yoldaş Mustafayev, o, mənim əsgərlik yoldaşım çıxdı və mənə “Sən öl böhtandır”,-dedi, mən də inandım.
Sonda Vilayət Partiya Komitəsinin qərar layihyəsi oxundu: “...Sovxoz direktoru işdən azad edilsin, iş prokurorluğa göndərilsin; Səfər Verdiyevə töhmət elan edilsin...”
Sovxoz direktoru gür səslə İman Müstafayevdən söz istədi və ayaq üstə duraraq şalvarının qayışını açaraq:
-Yoldaş katib, baxın, mən müharibədə o qadın deyən orqanımı itirmişəm”,-deyəndə İ.Mustafayev əlləri ilə gözlərini örtdü və “Aman Allah, sən qoru!”- deyərək iclası bağladı.
Sonralar İman Mustafayev Azərbaycan KP MK-nın birinci katibi seçiləndə “kişi sözünə” görə məni Kəlbəcər RPK-sına birinci katib göndərdi...”
Köhnə kişilər, kişi sözünün qiymətini yaxşı bilirdi. Allah əzizimiz Səfər müəllimə qəni-qəni rəhmət eləsin. Bu dünyaya kişi kimi gəldi və kişi kimi getdi...
Dalidag.az

Kateqoriya: Kəlbəcər
Tarix: 10-05-2021 17:22
Baxış sayı: 31 187
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23