Reklam
Kəlbəcər Rayon İcra Hakimiyyətində Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib -ŞƏKİLLƏR
10-05-2021 15:55

Kəlbəcər Rayon İcra Hakimiyyətinin təşkilatçılğı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönmündə ağacəkmə aksiyası keçirilib.
Dalidag.az-ın məlumatına görə, ölkəmizin hər yerində olduğu kimi, bu gün Kəlbəcər Rayon İcra Hakimiyyətində müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib. Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri Kəlbəcər Rayon İcra Hakimiyyətinin inzibati binasında ucaldılan Ulu Öndərin abidəsini ziyarət edib, Ulu Öndərin xatirəsinə böyük ehtiram əlaməti olaraq abidənin önünə əklil və tər çiçəklər düzüblər.
Daha sonra xalqımızın milli yaddaşında silinməz izlər buraxan, dünya şöhrətli siyasətçi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönmündə Kəlbəcər Rayon İcra Hakimiyyətinin təşkilatçılğı ilə koronavirus (COVİD -19 ) pandemiyasını nəzərə alaraq məhdud sayda əməkdaşların iştirakıyla Göygöl rayon ərazisində inşa edilən 130 ailəlik yeni qəsəbədə, Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə və rayonun bütün ümumtəhsil məktəblərinin həyətlərində ağacəkmə aksiyası keçirilib. Aksiyada Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev və rayonun hüquq mühafizə orqanları habelə, aidiyəti üzrə fəaliyyət göstərən idarə müəssisə və təşkilatların rəhbərləri, iştirak ediblər.
Ağacəkmə aksiyasında Heydər Əliyevin əbədiyaşar xatirəsinə ehtiram əlaməti olaraq mindən çox ağac əkilib.
Aksiya iştirakçıları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstəriblər.








Kateqoriya: Sosium
Tarix: 10-05-2021 15:55
Baxış sayı: 3423Yazı axını
02 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
Ən çox oxunanlar
02-02-2026 17:30









.jpg)


















