Reklam
Rus hərbçilər Xankəndidə hərbi parad yox, toplantı keçirdi
10-05-2021 11:55
Bu gün Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin bazasında 450-dən çox sülhməramlı II dünya müharibəsində qələbənin 76-cı ildönümünə həsr olunmuş təntənəli toplantıda iştirak edib.Dalidag.az xəbər verir ki, RF-nin Müdafiə Nazirliyinin saytının yaydığı məlumata görə, təntənəli tədbir zamanı 1945-ci il mayın 1-də Reyxstaq binasının damına sancılmış Zəfər bayrağının orijinalının meydana gətirilməsi ilə başlayıb. Daha sonra Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqunun Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin şəxsi heyətinə video təbriki çatdırılıb.
Təntənəli toplantı zamanı Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov hərbçilərə təbrik nitqi ilə müraciət edib.
O deyib: "Qələbə günü ümumi zəfər, milli qürur və azadlıq verən əsgərlərin əbədi xatirəsi günüdür. Həyatımızı Vətənə xidmətə həsr etmiş bizim üçün Böyük Vətən müharibəsi əsgərlərinin və komandirlərinin sönməz qəhrəmanlığı cəsarət və Vətənə fədakar sədaqət nümunəsidir."
Sonra bütün iştirak edənlər müharibədə həlak olan əsgərlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Mitinq zamanı 20 hərbçi rəsmi vəzifələrini nümunəvi yerinə yetirdiyinə görə Rusiya Federasiyası Müdafiə Nazirliyinin medalları və fəxri fərmanlarla təltif edilib.
Təntənəli tədbir başa çatdıqdan sonra Aerokosmik qüvvələrin mahnı və rəqs ansamblının sənətçiləri sülhməramlılar üçün bayram konserti ilə çıxış ediblər. Bayram konsertinin proqramı rəqslərdən, mahnılardan və müharibə illərinin şeirlərindən ibarət olub./musavat.com
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 10-05-2021 11:55
Baxış sayı: 3325Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























