Aqil Məmmədov: “Qarabağdakı Zəfərimiz Ulu öndər siyasətinin qələbəsidir”

10-05-2021 16:20

“Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun apardığı 44 günlük müharibə müasir tariximizə qızıl hərflərlə yazıldı. Azərbaycan Respublikası Prezidentinin nümayiş etdirdiyi qətiyyətli mövqe, xarici mediaya verilən müsahibələr, ordumuzun misilsiz şücaəti, xalqımızı 30 ildir yaşadığı məğlubiyyət girbadından qurtardı. Bütün bunlar Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycanın maraqlarına, mənafeyinə tam cavab verən milli siyasətə sadiqliyin, bu siyasətin dövrün tələblərinə uyğun şəkildə cilalanaraq inkişaf etdirilməsinin və dövlət siyasətində tətbiqinin nəticəsidir”.
Bu fikirləri Kəlbəcər rayonundan Milli Məclisin deputatı Aqil Məmmədov Ümummilli Lider Heydər Əliyevin doğumunun 98-ci ili münasibətilə açıqlamasında bildirib.
Millət vəklinin sözlərinə görə yeni tariximizdə Azərbaycan ordusunun sütunları məhz H.Əliyev tərəfindən qoyulub: “Hələ ötən əsrin 70-ci iillərində Bakı şəhərində Cəmşid Naxçıvanski adına hərbi məktəbin, sonra isə Ali Hərbi Komandirlər Məktəbinin yaradılması milli kadrlar bankının formalaşmasında müstəsna rol oynadı: “Bilirsiniz ki, sovet dövründə azərbaycanlılar digər türk-müsəlman xalqları kimi ordunun üstün heyətinə buraxılmırdı. Hərbi xidmətə çağrılanlar əsasən, tikinti fəaliyyətinə cəlb olunurdu. Burada strateji məqsəd türk-müsəlman xalqlarının hərbi sahədən kənarda saxlanması idi. Məhz Heydər Əliyev bu tabunu sındırdı və Azərbaycanın müdavim və zabitlər yetişdirən hərbi müəssisələrini açdı. SSRİ-nin ən güclü çağlarında bu işləri həyata keçirmək sözlə təsəvvür olunmayacaq ustalıq, diplomatiya tələb edirdi. Məhz bu məktəblərdə yetişən milli kadrlarımız, zabitlərimiz birinci və ikinci Qarabağ müharibələrində ordumuzun qələbəsində öz sözlərini dedilər”.
A.Məmmədov bildirib ki, müstəqillik dövründə də müasir ordu quruculuğu Ümummilli liderin hakimiyyətə ikinci dəfə gəlişindən sonra başladı: “Ayrı-ayrı komandirlərin başçılıq etdiyi dəstələrin buraxılaraq vahid ordu sisteminə keçilməsi ilə Azərbaycan ordusu quruldu və Cənubi Qafqazın ən güclü oldusu halına gəldi. Burada bir nüansı da qeyd etmək istərdim. Bu gün Azərbaycan ordusu Türkiyə Silahlı Qüvvələri ilə bir ordu şəklində fəaliyyət göstərir. Bu birliyin təməlləri də “Biz bir millət, iki dövlətik” deyən Heydər Əliyev tərəfindən qoyulub. Məhz onun tarixi siyasəti nəticəsində Azərbaycan və  Türkiyə hərbi rəhbərliyi arasında möhkəm təməllər qoyulub, azərbaycanlı zabitlərin Türkiyə hərbi məktəblərində hazırlanması, birgə təlimlərin keçirilməsi kimi kompleks məsələlərə start verilib.  Ötən ilin noyabrında Azərbaycanın işğalçı Ermənistan üzərində qazandığı əzici Qələbə, həm də, dünyanın ən güclü ordularından birinə sahib olan Türkiyə ilə uzunillərdir davam edən əməkdaşlığın, birgə fəaliyyətin nəticəsidir. Bu, bir daha Ümummilli liderin nə qədər uzaqgörən, nə qədər strateji düşünən bir dahi olduğu görürür”.
Millət vəkili deyir ki, bu gün Heydər Əliyevin ruhu işğaldan azad edilmiş torpaqlarımızın üzərində dolaşır: “Prezident İlham Əliyev Şuşanın işğaldan azad edilməsi münasibətilə etdiyi tarixi çıxışında bu Zəfəri bir Ata nəsihətinin yerinə yetirilməsi kimi qiymətləndirdi. Hesab edirəm ki, Heydər Əliyev siyasətinə söykənən siyasət, torpaqlarımızı necə azad etdisə, o torpaqların yenidən inşası və əhalimizin yenidən öz dədə-baba torpaqlarında yaşaması da bu siyasətin davamı kimi tarixə düşəcək”.
Dalidag.az



Kateqoriya: Sosium
Tarix: 10-05-2021 16:20
Baxış sayı: 3224
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını