44 günlük Vətən Müharibəsinin qəhrəman əsgəri Rəşad Qəhrəmanov müharibə dövrü xatirələrindən danışıb. Müharibədə Rəşadın komandiri elə onun atası Çingiz Qəhrəmanov olub. "Mən çox xoşbəxt adamam ki, Vətən uğrunda gedən müharibədə atam ilə çiyin-çiyinə döyüşmüşəm" - deyə, Rəşad bildirib. Daha ətraflı Baku TV-nin süjetində: Dalidag.az

Bu gün Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-udi dini icmasının nümayəndələri Ermənistanın işğalından azad olunan Laçın rayonundakı Ağoğlan monastırını ziyarət ediblər. Dalidag.az -ın xəbərinə görə, Azərbaycan Alban-udi dini icmasının nümayəndələri burada Pasxa bayramını qeyd ediblər. İcma nümayəndələri tərəfindən monastrda Xristian dini ilə bağlı ayinlər icra olunub, udi dilində liturgiya səslənib, kilsədə şamlar yandırılıb.

İlham MƏMMƏDLİ, filologiya üzrə fəlsəfə doktoru, “Bütöv Azərbaycan” qəzetinin redaktoru O zaman Kəlbəcəri Səməd Vurğun xilas etsə də... Bu məsələdə Səfər Verdiyevin xidmətləri çox böyük olub Ölməz şairimiz Səməd Vurğun xalqın yaddaşında təkcə ilhamlı şair, görkəmli ədəbiyyat adamı deyil, həm də böyük ürək sahibi, xalqın hər bir ağrısına ürəkdən yanan vətənpərvər bir insan kimi əbədiləşib. Tarixi faktdır ki, XX əsr Azərbaycan ədəbiyyatının inkişafında Səməd Vurğunun müstəsna xidmətləri olub.

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin hərbi polis bölməsi Laçın dəhlizində gündəlik patrul xidməti həyata keçirir. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Laçın dəhlizi Xankəndi şəhəri ilə Ermənistanı birləşdirən yoldur. Rusiya sülhməramlı kontingenti razılaşmalara uyğun olaraq, burada nəzarəti həyata keçirir. Nəzarət təkcə yolda yox, 5 kilometr enlikdə də aparılır”, - hərbi polis bölməsinin zabiti, polkovnik-leytenant İvan Kuzmin bildirib. Rusiya sülhməramlı kontingentinin

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid Məhəmmədli İsmayıl Mahir oğlunun ailəsini ziyarət edib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyyələrinə əsasən Vətən müharibəsi şəhidlərinin ailələrinə və qazilərinə hər zaman xüsusi diqqət ayrılır. Onlara dövlət səviyyəsində olunan diqqət və qayğı Kəlbəcər rayonunda da davam etdirilir. Kəlbəcər Rayon İcra

"Bahar Qalxanı" əməliyyatının aparıldığı bölgədə təchizat karvanına raket zərbəsi endirilib. "TRT Haber" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hücum zamanı Türkiyə ordusunun bir əsgəri şəhid olub, digər 4-ü yaralanıb. Yaralı əsgərlər xəstəxanaya yerləşdiriliblər. Hücumdan sonra bilinən hədəflər atəşə tutulub. Nazirlik şəhidin ailəsinə və Türkiyə Silahlı Qüvvələrinə başsağlığı verib. Yaralı əsgərlərə şəfa diləyib. Dalidag.az

Kvebeka Universitetinin (UQAR) alimləri Titanik gəmisindən atıldığı ehtimal olunan şüşə butulkanın içindəki məktubu araşdırmağa başlayıblar. 13 yaşlı Matilda Lefevr tərəfindən yazılan məktubda tarix 1912-ci il 13 aprel kimi qeyd olunub. Alimlərin sözlərinə görə, gəmidə Matilda adlı qız da olub və sözügedən məktub gəmi batmadan bir gün öncə yazılıb: "Bu şüşə butulkanı Atlantik okeanının ortasında atıram. Biz bir neçə gündən sonra Nyu-Yorka çatmalıyıq. Məktubu tapan olarsa, bu barədə Lefevrlər
Yazı axını