Reklam
Kəlbəcər RİH-nin başçısı Azər Qocayev şəhid ailəsini ziyarət edib - Şəkillər
11-05-2021 13:00
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid Məhəmmədli İsmayıl Mahir oğlunun ailəsini ziyarət edib.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyyələrinə əsasən Vətən müharibəsi şəhidlərinin ailələrinə və qazilərinə hər zaman xüsusi diqqət ayrılır. Onlara dövlət səviyyəsində olunan diqqət və qayğı Kəlbəcər rayonunda da davam etdirilir. Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçsı Azər Qocayev Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə görüşlərə xüsusi önəm verir, səlahiyyətləri daxilində onların qaldırdıqları məsələlərə, müaciətlərə hassaslıqla yanaşıraq, onları narahat edən problemlərin tezliklə həll olunması istiqamətində aidiyyəti üzrə addımlar atır.
Dalidag.az-ın məlumatına görə, bu gün Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, cüdo idman növü üzrə Azərbaycan paraolimpiyaçısı , "Şöhrət" ordeninə, "Əməkdar idman ustası" adına, "Tərəqqi" medalına , "Qızıl çinar" beynəlxalq mükafatına layiq görülmüş və 2016-cı ildə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilmiş ikiqat Paralimpiya Oyunları çempionu, ikiqat dünya çempionu, yeddiqat Avropa çempionu və 2015-ci il Avropa Oyunları çempionu, Azərbaycanın Əməkdar İdman Ustası, 7-ci Dan Qara kəmər sahibi, I Qarabağ müharibəsi əlili və qazisi, "YAŞAT" Fondunun Himayəçilik Şurasının üzvü İlham Zəkiyev və Kəlbəcər Rayon Polis Şöbəsinin rəisi Haxverdi Əkbərovla birlikdə Vətən müharibəsinin şəhidi Məhəmmədli İsmayıl Mahir oğlunun ailəsini ziyarət edib. Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. Şəhidin keçdiyi şərəfli döyüş yolundan söz açan İcra Hakimiyyətinin başçısı Azər Qocayev bildirib ki, Məhəmmədli İsmayıl kimi oğullarımız daima qəlblərimizdə əbədi yaşayacaqdır. Azərbaycan xalqı onlarla qürurur duyaraq şəhidlərimizin xatirəsinin hər zaman əziz və uca tutacaqdır.
Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən danışan Azər Qocayev həmin qələbənin qazanılmasında Məhəmmədli İsmayılında payı olduğunu bildirib və əldə etdiyimiz şanlı Qələbəyə görə şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib.
Şəhid ailələrinin və qazilərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət başçısının imzaladığı sərəncamlar barəsində məlumat verən İcra Hakimiyyətinin başçısı “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin yaradılmasının şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində xüsusi diqqətin təzahürü olduğunu vurğulayıb.
Şəhidin atası Mahir Mamedov bildirib ki, Kəlbəcər Rayon İcra Hakimiyyəti tərəfindən daima onun ailəsi diqqətdə saxlanılaraq qayğıları ilə maraqlanıblar. Övladı Məhəmmədli İsmayılın Vətən müharibəsində savaşaraq qəhrəmancasına şəhid olduğunu və hər zaman onunla fəxr etdiyini qeyd edərək ailəsi adından şəhid ailələrinə göstərilən qayğıya və ehtirama görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
Kəlbəcər Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğı bundan sonra da davam etdiriləcəkdir.
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 11-05-2021 13:00
Baxış sayı: 3438
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23