Reklam
Fəxrəddin Qəribsəsin "Sirdaş gecələr"i işıq üzü görüb - Şəkil
01-05-2021 12:25
Dərbənddə yazıb-yaradan yazıçı-dramaturq, şair-tərcüməçi Fəxrəddin Oruc Qəribsəsin yeni kitabı işıq üzü görüb.Dalidag.az bildirir ki, bu barədə müəllif özü məlumat verib. Kitab "Sirdaş gecələr" adlanır.
Qeyd edək ki, Fəxrəddin Oruc Qəribsəs Rusiya Yazıçılar və Jurnalistlər İttifaqlarının, eyni zamanda, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. On beşə yaxın kitab müəllifidir, xeyli sayda tərcümələri var. Müəllif doğma azərbaycan türkcəsindən başqa rus, tat və ləzgi dillərini də bilir. Dağıstan-Azərbaycan ədəbi, mədəni əlaqələrinin yaranmasında və möhkəmlənməsində böyük rolu olan F.Qəribsəs Dağıstan Respublikası Yazıçılar İttifaqı Azərbaycan bölməsinin sədridir.
Dalidag.az olaraq, dəyərli ziyalımızı yeni kitabının çap olunması münasibəti ilə təbrik edir və yeni yaradıcılıq uğurları arzulayırıq.
Sevinc Qərib
Kateqoriya: Poeziya-nəsr
Tarix: 01-05-2021 12:25
Baxış sayı: 3550Yazı axını
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
Ən çox oxunanlar





























