Reklam
Respublika Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib - ŞƏKİLLƏR
27-05-2021 17:32
Bu gün Qaradağ rayonunun Ümid qəsəbəsində məcburi köçkünlərin təşəbbüsü, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Respublika Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Ümid qəsəbəsində məcburi köçkünlər üçün salınmış müasir tipli yaşayış kompleksi Prezident İlham Əliyevin bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət probleminin həllinə göstərdiyi diqqət və qayğının bariz təzahürüdür. Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına Birinci vitse-prezident Mehriban Əliyeva da daim dəstək göstərib, onların müraciətlərinə həssaslıqla yanaşıb. Bu gün məcburi köçkünlərin mütləq əksəriyyəti doğma yurda qayıtmağa hazırlaşır.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu işğal altında olan ərazilərimizi azad edib. Bu ərazilərdə bərpa-quruculuq işlərinə başlanıb. Təhlükəsizlik tədbirləri görülür, rabitə-kommunikasiya xətləri qurulur, yollar çəkilir.
Ata-baba ocağına qayıdış ərəfəsində məcburi köçkünlər uzun illər müvəqqəti məskunlaşdıqları ərazilərdə yerli sakinlərə minnətdarlıq əlaməti olaraq, abadlıq və yaşıllaşdırma işlərinə töhfə vermək istəyirlər. Ağacəkmə aksiyası da məhz belə xoş niyyətlə keçirilib.
Aksiyada iştirakçıları onlara göstərilən qayğıya görə ölkə rəhbərliyinə təşəkkür bildiriblər. İşğaldan azad edilmiş ərazilərdə onlar üçün bundan da yaxşı şərait yaradılacağına əminliklərini ifadə ediblər.
Qəsəbənin ərazisində 103 ağac əkilib.
Tədbirdə Dövlət Komitəsinin əməkdaşları və məcburi köçkün icmasının nümayəndələri iştirak ediblər.
Dalidag.az








Kateqoriya: Sosium
Tarix: 27-05-2021 17:32
Baxış sayı: 3511Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























