“Azərbaycanla yumşaq danışmaq və Qarabağı vaxtında qaytarmaq lazım idi” - Ter-Petrosyan
29-05-2021 11:09

Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyanı və onun komandasını ən çox tənqid edənlərdən biri ölkənin ilk prezidenti Levon Ter-Petrosyandır.
Keçmiş dövlət başçısı indiki hakimiyyəti bacarıqsız adlandırıb. Ter-Petrosyan Paşinyan komandasının zamanında Qarabağı Azərbaycana qaytarmaq imkanını əldən verdiyini, məhz buna görə böyük məğlubiyyətə uğradığını deyib.
Dalidag.az xəbər verir ki, Paşinyan Ermənistanın ilk prezidentinin ittihamlarına cavab verib. Baş nazir vəzifəsini icra edən hökumət rəhbəri Ter-Petrosyanın onu tənqid etməyə haqqı olmadığını bildirib.
“O bizə Qarabağı Azərbaycana verməyi təklif edir. Bununla da mövzunun bağlanmasını istəyir. Amma bizi ittiham etməyə haqqı olduğunu düşünür”.
Paşinyan Ermənistanın “Daşnaksutyun” Ermənistan İnqilab Federasiyasının ittihamlarına da reaksiya verib. Hökumət rəhbəri quruma 1918-1920-ci illəri xatırladıb. Paşinyan Batum və Gümrü müqavilələrinə imza atmağı satqınlıq adlandırıb.
Məhz Gümrü müaviləsini Türkiyə ilə “Daşnaksutyun” hökumətinin nümayəndələri imzalamışdı. 1920-ci ilin dekabrında baş tutan sülh anlaşmasına görə, Ermənistan Osmanlı torpaqlarına iddiadan əl çəkməliydi. Türkiyə müqavilə sayəsində Qafqaz respublikası ərazisində hərbi tədbirlər görmək imkanı əldə edirdi.
Batum müqaviləsi Osmanlı ilə hər üç Qafqaz ölkəsi arasında ayrı-ayrılıqda 1918-ci il iyunun 4-də bağlanmışdı. Osmanlı bununla da 1828-ci il sərhədlərini bərpa etməyi bacarmışdı. Ermənistanın ilk prezidenti hər iki müqavilənin ölkəsinə zərər vurduğunu fikirləşir.
Levon Ter-Petrosyan hesab edir ki, Qarabağı qaytarmaqla Ermənistan Azərbaycandan qondarma respublikanın ərazisi üçün xüsusi status qopara bilərdi: “Biz siyasətdə çox vacib bir amili – zamanı nəzərə almadan məğlubiyyətə uğradıq. Bizim hökumət həmin məqamı tuta bilmədi”.
Ter-Petrosyan problemin mərhələli həllinin əhəmiyyətindən danışıb. Onun fikrincə, Laçını və Kəlbəcəri dərhal qaytarmaq lazım idi. Bu halda Laçın dəhlizinin Ermənistana qalmasına nail olmaq mümkün idi. Ter-Petrosyan Azərbaycanla yumşaq dildə danışmaqla sonrakı mərhələlərdə lazımi nəticələrə ümid bəslənilməli olduğunu bildirib./bizimyol.info
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 29-05-2021 11:09
Baxış sayı: 4259Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















