Baş nazir Əli Əsədov: “Erməni hərbçiləri Kəlbəcərdə nə edirdilər?”

29-05-2021 17:40

Mayın 28-də Minskdə MDB Hökumət Başçıları Şurasının növbəti iclası keçirilib.  İclasda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov da iştirak edib.

Nazirlər Kabinetinin Mətbuat xidmətndən verilən məlumata görə, Ə.Əsədov Şura üzvlərinin diqqətini Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsindən sonra Cənubi Qafqazda yaranan yeni geoiqtisadi reallıqlara yöndəldib. O qeyd edib ki, nəqliyyat dəhlizlərinin və şaxələndirilmiş kommunikasiya arteriyaları şəbəkəsinin yaradılması təkcə regionun deyil,  bütövlükdə MDB məkanının nəqliyyat və iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıracaqdır.

Ermənistan baş nazirinin müavini vəzifəsini icra edən Mher Qriqoryan öz çıxışında, əsassız olaraq, Azərbaycanı Ermənistanın suverenliyini pozmaqda, həmçinin hərbi əsirləri və 27 mayda əsir düşən altı erməni hərbçisini əlində saxlamaqda ittiham etməyə cəhd göstərib. Erməni tərəfinin haqsız hücumuna cavab olaraq, Azərbaycanın Baş naziri MDB Hökumət Başçıları Şurasının 2020-ci ilin noyabrında keçirilən iclasında dediklərini bir daha təkrar edib: “Azərbaycan yad torpaqların bir qarışlna belə iddia edir, mma öz torpaqlarının da bir qarışının işğalı ilə də heç vaxrt barışmayacaqdır”.

Ə.Əsədov Azərbaycan-Ermənistan səhədində yaranmış vəziyyəti bir daha izah etməyi vacib hesab edib. O deyib: “Sovet İttifaqı çərçivəsində müttəfiq respublikalar, o cümlədən Azərbaycan və Ermənistan arasında dövlət sərhədi mövcud deyildi, yalnız inzibati sərhədlər vardı. Azərbaycan müsətqillik əldə etdikdən sonra həmsərhəd dövlətlərlə, o cümlədən Rusiya Federasiyası, İran İslam Respublikası və Gürcüstanla beynəlxalq hüquq normalarına uyğun delimitasiya və demarkasiya həyata keçirib. Azərbaycan Respublikasının ərazisi erməni silahlı dəstələri tərəfindən işğal edildiyi üçün Ermənsitanla min kilometrlik sərhəddə delimitasiya və demarkasiya aparmaq mümkün olmayıb. Hərbi əməliyyatlar dayandırıldıqdan, Azərbaycan, Rusiya və Ermənistan liderləri birgə Bəyanat qəbul etdikdən sonra qış aylarındakı hava şəraiti çətin keçilən dağ yerlərində sərhədləri müəyənləşdirməyə imkan verməyib. İndi havalar imkan verdiyi üçün Azərbaycan hərbçiləri və sərhədçiləri mövcud xəritələrə uyğun delimitasiya və sonrakı demarkasiya üçün həmin yerlərə çıxıblar.  Lakin qarşı tərəf bununla razılaşmayaraq, müxtəlif təxribatlara əl atır. Bununla əlaqədar demək istəyirəm ki, sərhədlərin delimitasiyası, ciddi beynəlxalq-hüquqi əsaslar tələvb edən texniki prosesdir. Tərəflər arasında anlaşılmazlıq yarandığını və hər iki tərəfin prosesi öz bildiyi kimi təfsir etdiyini nəzərə alaraq, Azərbaycan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 31 maya kimi müvafiq üçtərəfli komissiya yaradılması barədə nazir Sergey Lavrov vasitəsilə səsləndirdirdiyi təklifi dəstəkləyib. Kimissiya iyunun 30-dək üç dövlətin liderlərinə məsələnin həlli üzrə təkliflər təqdim etməlidir. Biz bu təklifi dəstəkləmişik, amma məndə olan məlumata görə, komissiya hələ də yaradılmayıb”.
Ə.Əsədov deyib: “Müharibə Moskva vaxtı ilə noyabrın 9-da, Bakı vaxtl ilə noyabrın 10-da başa çatıb. Hərbi əməliyyatlar dayandırılıb. Erməni hərbçilərinin çıxıb getmək imkanları olduğu halda, noyabrın 26-da Azərbaycan ərazisində nə edirdilər? Erməni hərbçiləri atəşkəs elan olunduqdan və hərbi əməliyyatlar dayandırıldıqdan sonra əllərində silah Azərbaycan ərazisində pryda olublar və bizim dörd adamımızı – bir hərbçini və üç dinc sakini öldürüblər. Onlar təxribat törədiblər və heç cür hərbi əsir sayıla bilməzlər. Buna baxmayaraq, biz humanist münasibət göstərilərək, onlardan bir neçəsini vətənlərinə qaytarmışıq. Adamlarımızın ölümündə günahı olanların işi ilə bağlı isə istintaq aparılıb və indi onlar mühakimə olunacaqlar”.

Mayın 27-də baş vermiş hadisə haqqında danışarkən Ə.Əsədov Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində dövlət sərhədini keçməyə cəhd göstərdiklərini  bildirib. O deyib: “Üç dövlətin liderlərinin 9 noyabr Bəyanatına əsasən, Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu tərk etməli idilər. Bizdən müddətin iki həftə uzadılmasını xahiş etdilər, razılaşdıq. Rusiya tərəfinin xahişini yerinə yetirdik. Dekabrın 1-də erməni hərbçilər Kəlbəcər rayonunu tərk etdilər. İndi, hörmətli həmkarlar, mən sual verirəm – mayın 27-də gecə saat 3-də Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndində nə edirdilər? Tamamilə əsaslı olaraq,  altı erməni hərbçi tərksilah edilib və əsir götürülüblər”.

Ə.Əsədov qeyd edib ki, Azərbaycan tərəfində coğrafi koordinatları da (en və uzunluq saniyəsinədək) daxil olmaqla, hadisənin baş verdiyi yer haqqındabütün məlumatlar vardır. Amma Ermənistanın baş naziri vəzifəsinin icraçısı N.Paşinyanın və Baş qərargah rəisinin müavininin hadisə ilə bağlı bəyanatlarında ciddi ziddiyyətlər mövcuddur. Ermənistan tərəfi vəziyyətin gərginləşməsinin dörd verdiyasını təqdim edib.

Azərbaycanın Baş naziri bir daha xatırladıb ki, sərhəd xətlərinin müəyyənləşdirilməsi – təcili və təxirəsalınmaz qərar tələb edən məsələdir. O deyib: “Azərbaycan bu məsələni həll etməyə hazırdır. Sərhədlərin dəqiq delimitasiyası aparılmalıdır”.

Ə.Əsədov MDB Hökumət Başçıları Şurasının üzvlərini əmin edib ki, Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına, postmünaqişə vəziyyətinin normallaşmasına və bütün fikir ayrılıqlarının üçtərəfli 9/10 noyabr və 11 yanvar bəyanatlarının müddəalarının məsuliyyətlə və vicdanla yerinə yetirilməsi çərçivəsində dinc diplomatik vasitələrlə həll edilməsinə dönmədən tərəfdardır. O bir daha bildirib ki, nəqliyyat yollarının blokadasının aradan qaldırılması bütün region ölkələrinin mənafeyi naminə qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açacaqdır.   

Dalidag.az



Kateqoriya: Kəlbəcər
Tarix: 29-05-2021 17:40
Baxış sayı: 4211
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını