Reklam
Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
14-05-2026 12:21
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib.
Qurumdan Dalidag.az-a verilən məlumata görə müvafiq sahədə dövlət siyasətinin həyata keçirilməsinə dəstək verilməsi, Böyük Qayıdış prosesində ictimai nəzarətin və iştirakçılığın təmin edilməsi, vətəndaşların müraciətlərinin cavablandırılıması və digər məsələlər iclasda ətraflı müzakirə olunub.
Müzakirəyə çıxarılan məsələlərlə bağlı İctimai Şuranın sədri Anar Xəlilovun məlumatı dinlənilib. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına və Böyük Qayıdışa dair İ Dövlət Proqramının Tədbir Planına əsasən, keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə bərpa edilən və yenidəntikilən yaşayış məntəqələrində daimi məskunlaşması uğurla həyata keçirilir.Şura üzvləri Böyük Qayıdışla bağlı tədbirlərdə fəal iştirak edir, bu prosesin təşkilinin bütün mərhələlərdə ictimai rəyi öyrənir, öz ata-baba yurduna geri dönən vətəndaşlarla görüşlər keçirirlər. İctimai Şuranın üzvlərinə müraciətlərin operativ qaydada həll edeilməsi üçün Dövlət Komitəsinin struktur bölmələrinin rəhbərləri ilə interaktiv əlaqə mövcuddur. Bu cür əməkdaşlıq təkcə Böyük Qayıdışla deyil, ümumilikdə məcburi köçkünlərlə bağlı bütün məsələlərin diqqətdə saxlanılmasına və vaxtında həll edilməsində əhəmiyyətli rol oynayır.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev İctimai Şuranın üzvləri ilə görüşərək, onlarla səmərəli əməkdaşlığın qurumun öz işini daha da təkmilləşdirməsi, qarşıya qoyulan vəzifələri ictimai iştirakçılıq şəraitində, şəffaf şəkildə yerinə yetirməsi üçün vacib olduğunu qeyd edib. Bildirib ki, Şura üzvləri tərəfindən səsləndirilən təkliflərə, irəli sürülən təşəbbüslərə daim diqqət göstərilir. Böyük Qayıdış prosesində ictimai nəzarətin təşkil edilməsi məcburi köçkünlərlə birbaşa əlaqələrin qurulması və Dövlət Komitəsinə ictimai rəyin çatdırılması Şuranın fəaliyyətinin təqdirəlayiq cəhətidir.
Daha sonra Dövlət Komitəsinin struktur bölmələrinin nümayəndələri ilə İctimai Şura üzvləri arasında fikir mübadiləsi aparılıb.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 14-05-2026 12:21
Baxış sayı: 39Yazı axını
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
09 / 05 / 2026
09 / 05 / 2026
07 / 05 / 2026
07 / 05 / 2026
06 / 05 / 2026
05 / 05 / 2026
05 / 05 / 2026
05 / 05 / 2026
04 / 05 / 2026
04 / 05 / 2026
03 / 05 / 2026
02 / 05 / 2026
30 / 04 / 2026
29 / 04 / 2026
Ən çox oxunanlar





























