Reklam

Aqil Məmmədov: "Gələcəkdə Kəlbəcərdə aşıqların festivalları təşkil oluna bilər..."
14-05-2021 21:30

Bu fikirləri Milli Məclisin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədov söyləyib.
Millət vəkili bildirib ki, Şuşada ilk dəfə idi olub: “Tale elə gətirmişdi ki, mən əvvəl Şuşada olmamışdım. Şuşaya ilk gedişim belə bir tarixi məqama düşdü. Şuşa Azərbaycanın mədəniyyət beşiyi, Azərbaycan tarixinə, ədəbiyyatına, mədəniyyətinə onlarla tarixi şəxsiyyət vermiş müqəddəs diyarımızdır. Qəti əminəm ki, çox da uzaq olmayan bir vaxtda, cənab Prezidentin birbaşa rəhbərliyi və təşəbbüsləri ilə Şuşa nəinki Azərbaycanın, Cənubi Qafqazın musiqi, mədəniyyət mərkəzi olacaq, eyni zamanda, bütün dünyaya səs salacaq. Şuşada gördüklərim, aparılan işlərin miqyası bunu deməyə əsas verir”.
A.Məmmədov ümid etdiyini bildirib ki, işğaldan azad olunmuş digər ərazilərimizdə də bənzər tədbirlər keçiriləcək: “Bu baxımdan, gələcəkdə saz və söz məkanı olan Kəlbəcər rayonunda Azərbaycan aşıqlarının ənənəvi festivalları təşkil oluna bilər”.
Dalidag.az




Yazı axını
07 / 08 / 2025
06 / 08 / 2025
05 / 08 / 2025
04 / 08 / 2025
04 / 08 / 2025
03 / 08 / 2025
02 / 08 / 2025
02 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
30 / 07 / 2025
30 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
28 / 07 / 2025
28 / 07 / 2025
27 / 07 / 2025
27 / 07 / 2025
26 / 07 / 2025
26 / 07 / 2025
25 / 07 / 2025
25 / 07 / 2025
Ən çox oxunanlar
01-08-2025 13:57
