Reklam
Zəngəzur olayı: ermənilər niyə hay-həşir salır? - Şərh
14-05-2021 11:54
Ermənistan uzun illər torpaqlarımızı işğal altında saxladığına görə düşünürdü ki, bu, əbədi olacaq. Buna görə də Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini özünə birləşdirmişdi. Azərbaycan işğala son qoyub və sərhədlərimizi müəyyənləşdiririk. Bu belə də olmalıdır, sadəcə, ermənilər buna alışmayıblar. Ona görə də haray-həşir salırlar.
Dalidag.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, bizə aid olan ərazilərin Azərbaycan sərhədçilərinin nəzarətinə götürülməsi Ermənistanda parlament seçkisi öncəsində baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın mövqelərini zəiflədir:
“Ona görə də o və onun nazirləri gün ərzində Moskvaya zənglər edir, yalvarır və Azərbaycandan şikayət edirlər. İrəvan prosesə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını da qoşmaq istəyir.
İrəvandan Moskvaya edilən çoxsaylı zənglərin və yalvarışların nəticəsidir ki, Azərbaycanı yenicə tərk edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib. Nazirlər Azərbaycan və Ermənistan sərhədində baş verən gərginliklə bağlı fikir mübadiləsi aparıblar.
Tərəflər hər hansı gərginliyin siyasi və diplomatik yolla həllinin vacibliyini vurğulayıblar. Lavrova yəqin o da təsir edib ki, əgər Ermənistanla Azərbaycan arasında gərginlik yenə də artıbsa, demək, onun bölgəyə səfərinin nəticəsi olmayıb. Lavrov Azərbaycana səfər etdi deyə, biz öz haqlarımızdan imtina edəsi deyilik, əksinə Moskvaya anlatmalıyıq ki, bizə aid olanların hamısını geri qaytaracağıq.
Doğru bildiyimiz işi davam etdirməliyik. Torpaq məsələsində güzəşt ola bilməz. Ermənistan müharibədən zəif düşüb, bundan maksimum istifadə etmək lazımdır. Rusiya hərbçilərinin Qarabağda yerləşdirilməsi bizə sərhədlərimizi müəyyənləşdirməyə mane olmamalıdır”.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 14-05-2021 11:54
Baxış sayı: 3220
Yazı axını
29 / 12 / 2024
28 / 12 / 2024
28 / 12 / 2024
27 / 12 / 2024
26 / 12 / 2024
26 / 12 / 2024
25 / 12 / 2024
25 / 12 / 2024
24 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
Ən çox oxunanlar