Reklam
Bu gün həm də onun günüdür - Əmin Abid Gültəkin
28-05-2021 15:39
Azərbaycan Xalq Cümhuriyyətinin memarı Məhəmməd Əmin Rəsulzadənin dilinin əzbəri olan bu misraları hər kəs yaxşı xatırlayır.
“Sən bizimsən, bizimsən, durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı, Azərbaycan!”
Misraların müəllifi Əmin Abid Gültəkin, bir vətən fədaisi, bir alim, bir şair və demokratik düşüncəli şəxsiyyət olub. Azərbaycan Xalq Cümhuriyyətinin fəal tərəfdarı kimi özünü onun əsgəri sayıb. Uzun illər haqqında çox az şey məlum olsa da, 90-cı illərin sonunda alimin həyatını araşdıran tədqiqatçı Əli Şamil onun haqqında əsl həqiqətləri üzə çıxara bilib. Elm aləmində Əmin Abid kimi tanınan alimin adı Zeynalabdin, atasının adı Mütəllib, soyadı Əhmədovdur. Sonuncu Bakı xanı Hüseynqulunun soyundan olan Zeynalabdin 1898-ci il noyabrın 2-də Bakıda doğulub. Ilk təhsilini anası Reyhan Adnan qızının evdə açdığı məktəbdə, orta təhsilini Bakıda açılmış III Aleksandr kişi gimnaziyasında alıb.
1912-ci ildə qəzet və jurnallarda Abid, Abid Mütəllibzadə, Abid Alp Mütəllib oğlu, Qozqurab bəy və başqa imzalarla məqalələr, hekayələr, şeirlər və tərcümələr çap etdirib. Gimnaziyanı bitirib Türkiyəyə oxumağa getmək istəyib. Birinci Dünya Savaşı buna imkan verməyib. Qardaşı, millətçi şair Əli Abbas Müznibin naşiri və redaktoru olduğu “Dirilik”, “Babayi-Əmir” jurnallarında çalışıb.
1918-ci ildə Osmanlı ordularının yardımı ilə Bakı azad olduqdan sonra Əmin Abid Istanbula oxumağa gedə bilib. Öncə Darülmüəllimeyi-aliyeyi, sonra da Darülfünunun ədəbiyyat fakültəsini bitirib. 1927-ci ildə Bakıya dönüb. Sonra o da mənfur repressiyaların qurbanı olub. 1938-ci il iyulun 14-də casusluqda suçlandırılaraq həbs edilib. Üç ay sonra – oktyabrın 21-də güllələnib.
Ə.Abid gənclik illərindən sərbəst və heca vəznində şeirlər yazmağa başlayıb. “Yeni Qafqaz”, “Azəri-türk”, “Odlu yurd” və digər jurnallarda Gültəkin təxəllüsü ilə dərc etdirdiyi şeirlərində AXC-nin bolşevik ordusu tərəfindən işğalına, Sibir sürgünlərinə, təqib və təhqirlərə qarşı etiraz səsini ucaldıb. Onun işıqlı sabaha – üç rəngli ay-ulduzlu bayrağın müstəqil Azərbaycan üzərində dalğalanacağı günə inamı heç vaxt itməmişdi. Şairin Türkiyədə qələmə aldığı şeirlər siyasi mühacirlərin köməyi ilə “Buzlu cəhənnəm” adı altında ayrıca kitabda nəşr edilib.
Bir alimin fırtınalı həyat yolu…
1927-ci ildə Azərbaycana qayıdan alim burada Bakı Dövlət Universitetində çalışıb. Tələbəlik dövründə “Azərbaycan türklərinin ədəbiyyat tarixi” monoqrafik əsərini qələmə alıb. Təhsil aldıqdan sonra doğma Bakıya qayıdan alim burada qəzet və jurnallarda müasir və klassik ədəbiyyata, şifahi xalq yaradıcılığına dair ədəbi-elmi məqalələrlə çıxış edib. Bakı darülfununda, eləcə də Bakı maarif evi ədəbiyyat dərnəyində “Oğuznamə”, “Azərbaycan ədəbiyyatının başlanğıcı” mövzularında məruzələr oxuyub (1927-1928).
O, “Azərbaycan türklərinin ədəbiyyat tarixi”, “Türk ədəbiyyatında bayatı-mani növü”, “Bayatının türk xalqları ədəbiyyatında mövqeyi”, “Azərbaycan ədəbiyyatının qədim abidələrindən” monoqrafik əsərləri, eyni zamanda “Kitabi-Dədə Qorqudun mətni haqqında məlumat”, “XVII əsr Azərbaycan ədəbiyyatı”, “Ədəbiyyatımız tarixində Sabirin mövqeyi”, “Mirzə Şəfi haqqında yapılan tədqiqlərə bir baxış”, “Türk el ədəbiyyatına elmi bir baxış (Oğuznamə)” kimi məqalələri alimin zəngin irs yaratdığını sübut edir. Onun M.F.Axundovun ədəbi irsinə həsr etdiyi məqalələri, monoqrafiya və tərtibləri, eləcə də tərcümələri var. Ə.Abid Məhəmməd Füzulinin “Söhbətül-əsmar” əsərini aşkara çıxarıb elm aləminə tanıdan alimdir.
Ə.Abidin yaradıcılığının ən maraqlı səhifələri folklorumuzla, qədim qaynaqlarımızla bağlı araşdırmalarıdır. Onun fikrincə qədim türk dastanları az-çox ahəngdar bir şəkildə idi. Bu ahəngi yaradan isə cümlə başında və sonunda nidanın əlavəsi, cümlələrin sonlarına vurğuların salınması, cümlə və ifadələrin təkrarı və s. zaman keçdikcə cilalanaraq heca vəznini formalaşdırmışdır.
Qədim şeirimizi “vəznli şeir” adlandıran Ə.Abid həmin dövrə aid qaynaqların az olduğuna təəssüflənsə də, fikirlərini şərh etmək üçün Drezden kitabxanasında saxlanılan “Kitabi-Dədə Qorqud”dan nümunələr göstərir. O, dastanı müstəqil bir əsər kimi deyil, “Oğuznamə”nin hissəsi kimi öyrənir. Ə.Abidə görə, vəznli şeirdən yavaş-yavaş heca vəzni yaranmışdır. Bunun da ilk nümunələri Kaşqarlı Mahmudun “Divani-luğati it-türk” əsərində qorunub saxlanmış atalar sözləridir.Ə.Abid bununla kifayətlənmir. Daha qədim qaynaqları önə çəkərək Orxan-yenisey abidələrində də 7 hecalı şeir şəklinin olduğunu söyləyir və ondan nümunələr verir. Araşdırıcıya görə, heca vəzni formalaşarkən öncə qısa ahənglər yaradan vəznlər meydana gəlmişdir. O, bunu təbii hesab edir. Çünki çox bəsit saydığı dilin birdən-birə güc və mürəkkəb parçalı vəznlər yarada biləcəyinə şübhə ilə yanaşır.
Çünki heca vəzninin formalaşdığı ilk dövrdən başlayaraq ən geniş yayılan şəkli yeddilik olmuşdur. Bu da özünü iki şəkildə göstərir. Yeddi heca çox vaxt altı hecalı ilə qarışıq işlənir. Gah yeddi hecalı dördlüklərin üçüncü misrası altı hecalı olub, gah da altı hecalı dördlüklərin dördüncü misrası yeddi hecalı olub. Müəllifə görə, yeddi hecalı vəzn inkişaf etsə də, altı və səkkiz hecalıları tam sıxışdırıb aradan çıxarmamışdı.
Onun ədəbiyyat tariximizdəki yeri
Hələ Istanbul Universitetinin əbədiyyət fakültəsində oxuyarkən (1921—26) yazdığı altı cildlik “Azərbaycan türklərinin ədəbiyyatı tarixi”nin 20 ilk cildini Ə.Abid əsasən “Kitabi-Dədə Qorqud”un araşdırılmasına həsr etmişdi. Bakıya döndükdən sonra çap etdirdiyi ayrı-ayrı məqalələrdə “Kitabi-Dədə Qorqud” mövzusuna toxunan araşdırıcı bununla kifayətlənməyərək, daha iki məqaləsini tam bu mövzuya həsr edib. Beləliklə, o, Azərbaycanda Qorqudşünaslığın əsasını qoyub.Təbii, Əmin Abid Bakıya döndükdə başqa ovqatla qarşılaşdı. 1918-ci ildə Istanbula oxumağa yola düşərkən milli şüurun yüksəlməsini, xalqda özünüdərkin güclənməsini bir oyanış, milli dəyərləri qiymətləndirmə görmüşdü. Geri qayıdanda isə bunun əksi ilə rastlaşdı. Rəsmi dairələr milli dəyərləri heçə endirməyə, xalqı kökündən uzaqlaşdırmağa, hətta müstəqil düşüncə sahiblərini təqib etməyə çalışırdılar. Proletar beynəlmiləlçiliyi, inqilab mübarizə, sosializm quruculuğu adı altında müstəmləkə altında inləyən xalqların öz mədəniyyətlərindən uzaqlaşdırılması prosesi gedirdi. Bu işin həyata keçirilməsində xalqların içindən seçilib hazırlanmış onlarla qələm sahibinin fəaliyyəti üçün şərait yaradılmışdı.
Onlara qarşı duranlara isə ağıl, məntiq və diskussiya ilə deyil, işdən çıxarmaq, təqib etmək, sıxışdırmaq, həbsxanaya salmaq və güllələnməklə cavab verilirdi.Böyük öndər M.Ə.Rəsulzadə “Çağdaş Azərbaycan ədəbiyyatı” məqaləsində Gültəkin imzalı şair haqqında yazır: “Gültəkinin şerlərində biz həqiqi milli-inqilab mübarizəsinin nəşidələrini görürük…”Istiqlal, o yaşayan millətin qəlbində can,Istiqlal, o səadət, həyat, zəfər, şərəf, şan,Istiqlal, o sönməyən müəbbid bir məşalə, Könüllərdə tutuşur, gözlərdə sönsə belə…Millətsevərliyinə, vətənpərvərliyinə görə təqib edilən, işdən çıxarılan Ə.Abid həmin dövrdə mətbuatda da tənqid hədəfinə çevrilmişdi. Onu marksist metodlarına yiyələnməməkdə, pantürkizmdə qınayırdılar. Onu nəinki 20-30-cu illərdə, hətta 80-ci illərdə də “marksizm materialist konsepsiyası ilə tanış olmaqda” təqsirləndiriblər. Hər şeyə – ədəbiyyata, mədəniyyətə, hətta danışıq dilinə belə, sinfilik baxımından yanaşıldığı bir vaxtda Ə.Abid yazır: “Atalar sözü, bilməcə, nağıl, mahnı kimi ədəbi növlər də işçi xalq sinfinin iqtisadi bədii zövqünə aid ünsürləri ehtiva edən məhsullar olduğu kimi, aşirət rəislərinin, xan və bəylərin, ümumiyyətlə, aşirət aristokratiyasının həyatına, qəhrəmanlıq müharibələrinə aid mədhnamələr də az deyil”. Belə bir çətin şəraitdə açıq mübarizənin mümkünsüzlüyünü görən Əmin Abid elmi mübarizə yolunu seçdi. Min bir əziyyət bahasına da olsa, qədim və orta yüzilliyin qaynaqlarını ortaya qoydu, onları sistemləşdirməyə çalışdı. Vətənpərvər alim bu sahədə böyük uğurlara da nail oldu. Amma həyatını qaniçən repressiya rejimindən xilas edə bilmədi. Adı türk millətçilərinin siyahısına salınan Ə.Abidin taleyi də onunla eyni düşüncədə olan əqidədaşlarından fərqlənmədi. Ziyalılığa, aydınlığa düşmən kəsilən sovet rejimi minlərlə insan kimi onun da ömrünə gənc yaşında son qoydu…
Dalidag.az

Kateqoriya: Poeziya-nəsr
Tarix: 28-05-2021 15:39
Baxış sayı: 4733
Yazı axını
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
06 / 11 / 2024
06 / 11 / 2024
05 / 11 / 2024
Ən çox oxunanlar
15-11-2024 10:41
21-11-2024 15:23