Reklam
İllər sonra yenidən Xocalıda görüşdülər - Foto
25-10-2025 14:39
Oktyabrın 25-də Xocalı şəhər 1 nömrəli tam orta məktəbin məzunları illər sonra ilk dəfə bir araya gəliblər.Dalidag.az xəbər verir ki, 36 il əvvəl bu məktəbdə müəllimə kimi çalışmış Xocalı sakini Səriyyə Müslümqızının təşəbbüsü ilə təşkil olunmuş görüşdə 1980–1990-cı illərdə məktəbdə təhsil almış məzunlar və o dövrün müəllimləri iştirak ediblər.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüş iştirakçıları əvvəlcə Xocalı Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
1992-ci ilin fevralında erməni silahlı birləşmələri tərəfindən törədilən Xocalı soyqırımının dəhşətlərindən, o faciənin xalqımızın yaddaşında buraxdığı izlərdən də danışıblar. Tədbirin təşkilatçısı Səriyyə Müslümqızı çıxışı zamanı bildirib ki, bu gün azad Xocalının adı qürurla çəkilir, insanlar doğma yurdlarına qayıdır, Xocalıya həyat yenidən dönür.
Onun sözlərinə görə, bu gün burada toplaşmaq həm yaddaşın, həm də qürurun təntənəsidir. Tədbirin sonunda məzunlar belə görüşlərin davamlı keçirilməsinin vacibliyini vurğulayaraq, azad Xocalının dirçəlməsi və gənc nəslin doğma torpaqlarda yetişməsi üçün birgə səylə çalışacaqlarına söz veriblər.
Dalidag.az






Kateqoriya: Sosium
Tarix: 25-10-2025 14:39
Baxış sayı: 3153Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar



























