Anarın bir əsəri var: "Adamın adamı". Bunların adamları kimlərdir ki, hərəsinin ağzından bir ötkəm avaz gəlir... Yaxınlarda yenə Vaqif poeziya günləri keçiriləcək. Uğurlu olsun. AYB-də gizli siyahı tutulub. Hansı meyarlar əsas götürülüb, bəzilərinə bilinmir, bəzilərinə isə bəllidir. Ötən ilki kimi, içlərində Vaqifin adını eşidənlər və heç tanımayanlar, şair saymayanlar, yeri gələndə real həyatının doğurduğu sevgi şeirlərinə görə söyənlər də var... Ümumiyyətlə, AYB-nin yeni katibləri hansı

Tovuz döyüşləri Ordumuzun düşmən üzərində qazandığı növbəti qələbə olmaqla yanaşı, bir qəhrəmanlıq salnaməsi idi. Qarabağ cəbhəsindən uzaqda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində erməni təxribatına qarşı qəhrəman Silahlı Qüvvələrimiz mərdliklə döyüşdü və düşmənə layiqli cavab verdi. 2016-cı il şanlı Aprel döyüşlərindən, 2018-ci il uğurlu Günnüt əməliyyatından sonra 2020-ci il Tovuz döyüşləri bizi Böyük Qələbəyə aparan Zəfər salnaməsi hesab olunur. Çünki Azərbaycanla

““Laçın dəhlizi”nə alternativ yolun Ermənistandan keçən hissəsinin inşası üçün tender elan olunacaq”. Dalidag.az xəbər verir ki, bu barədə məlumatı “Hraparak” qəzeti yayıb. Məlumata görə, tender avqust ayında elan olunacaq və qalib gələn şirkət sözügedən alternativ yolun 8 kilometrlik hissəsinin inşasını öz üzərinə götürəcək. “Bəzi məlumatlara görə, Azərbaycan tərəfi öz vəsaiti hesabına yolun Ermənistan hissəsinin də inşa edilməsini təklif edib. Lakin ölkənin Baş naziri Nikol Paşinyan

Kənddə su quyusu qazılarkən qızıl aşkar edilib. Dalidag.az xəbər verir ki, hadisə Ağcabədi rayonunun Hacılar kəndində baş verib. Kənd sakinlərindən əldə etdiyimiz məlumata görə, kənddə su quyusu qazarkən, qəribə metal parçaları ilə qarşılaşıblar. Daha sonra məlum olub ki, həmin metal parçaları qızıldır. Kənd sakinləri bu barədə dövlətə məlumat veriblər. Məlumata görə, uzun illər əvvəl həmin kəndin içərisindən Kəlbəcərdən gələn çay keçib. Kəndin ərazisi çökəkdə olduğu üçün dağdan gələn təbii

Bu gün Dəlidağ.az saytının əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, istedadlı şair Sevinc Qəribin doğum günüdü. Dəlidağ.az ailəsi olaraq dəyərli Sevinc xanımı təbrik edir, həyatında və yaradıcılığında uğurlar diləyirik. Sevinc Qəribin bir neçə yeni şeirini təqdim edirik: SƏN EY, İLAHİ ADAM... Cəhənnəmdi hər səhər yoxluğunla oyanmaq, əllərini arayıb boşa çıxmaq zülümdü. Bu kədərlə nə etsəm olmur "diri" dayanmaq, bu ayrılıq deyil ki, bu bildiyin ölümdü... Yolları yadırğayan izə dönüb

İyulun 11-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Dalidag.az

Bir neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihara cəhd edən qazi Elvin Cəfərov vəfat edib. Dalidag.az xəbər verir ki, ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilən 35 yaşlı qazi ötən gecə dünyasını dəyişib. Qeyd edək ki, Sabirabadın Qalağayın kənd sakini olan Vətən Müharibəsi qazisi E.Cəfərov özünü yaşadığı kənddə yandırmışdı.

"Kəlbəcərə getmişəm, yenə də gedəcəyəm. Çünki orada işim var”. Dalidag.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında şairə Nazilə Səfərli həbs olunması xəbərinə aydınlıq gətirərkən deyib. O, heç vaxt qanundan kənar addım atmadığını vurğulayıb: "Həbs çox ağır xəbərdir. Belə məlumatı yayanda mütləq adamın ailəsini nəzərə almaq lazımıdr. Ata-anası, ailəsi, balası, gəlini, qudası bu xəbəri eşidəndə nə yaşayacaqlar? Hətta həbs xəbəri düzgün olsa belə, ehtiyatlı davranmağı bacarmaq lazımdır.

Ukrayna Prezidenti hərbçilərə ölkənin cənubunu azad etmək üçün tapşırıq verib. Bu barədə “The Sunday Times” qəzetinə müsahibəsində Ukrayana müdafiə naziri Aleksey Reznikov deyib. Onun sözlərinə görə, prezident ölkə iqtisadiyyatı üçün həyati əhəmiyyət kəsb edən komandanlıq qarşısında cənubdakı sahilyanı əraziləri azad etməyi əmr edib. “Biz başa düşürük ki, bu, ölkəmiz üçün siyasi baxımdan çox lazımdır. Prezident komandanlıq qarşısında planlar hazırlamağı tapşırıb. Bundan sonra Baş Qərargah

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu xidməti vəzifəsinin yerinə yetirən zaman həlak olan kiçik çavuş 1990-cı il təvəllüdlü Tağıyev Novruz Tağı oğlu bu gün Tovuz rayonunda dəfn olunub. Dalidag.az bildirir ki, Novruz Tağıyevin nəşi Koxanəbi kənd qəbiristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub, məzarı üstünə əklillər və tər qərənfillər qoyulub. Vida mərasimində Tovuz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Yazı axını