Laçın dəhlizinin marşrutunun dəyişməsi, Laçın şəhəri, Zabux və Sus kəndinin Azərbaycana təhvil verilməsindən sonra separatçı-terrorçuların qaldığı bölgədə vəziyyət necə olacaq? Dalidag.az xəbər verir ki, ermənilər bu sual ətrafında müzakirə aparır. “Hraparak” nəşri mövcud Laçın dəhlizinin ləğvindən sonra separatçı-terrorçular üçün yaranacaq “təhlükələri” araşdırıb. “İyun ayı ərzində erməni cəmiyyətində böyük təlatümlər yaşandı, hamı Laçını “xilas edirdi”. 1 iyul gəlib keçdi, “xilasedicilərin”

Narkomaniyaya qarşı mübarizə ilə bağlı təbliğat işinin daha da gücləndirilməsi, maarifləndirmə tədbirlərinin sistemli və əlaqəli şəkildə həyata keçirilməsi məqsədilə 22 İyul 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyasının Kəlbəcər rayon təşkilatının təşkilatçılığı ilə “Narkomaniyaya qarşı birgə olaq!” adlı maarifləndirmə tədbiri keçirilmişdir. Dalidag.az -ın xəbərinə görə, tədbirdə Milli Məclisin deputatı Aqil Məmmədov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər Rayon İcra

İşğal dövründə Laçın rayonunun mərkəzində qanunsuz məskunlaşan ermənilərin əksəriyyəti şəhəri tərk edib. Dalidag.az xəbər verir ki, Laçın şəhərində az sayda erməni qalıb. Yol kənarında olan mağazalar, apteklər və digər iaşə obyektləri hazırda bağlıdır. Laçını tərk edən ermənilər isə evlərin dam örtüyünü, qapı-pəncərələrini söküblər, bəzilərini yandırıb, dağıdıblar. Qeyd edək ki, Azərbaycan hökuməti Laçının mərkəzindən yan keçən yeni yol çəkib. Yeni avtomobil yolunun uzunluğu 32 km təşkil edir.

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. ANAMA-dan verilən məlumata görə, iyulun 18-dən 24-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 184, tank əleyhinə 11 mina və 181 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 953 hektar ərazi mina və partlamamış hərbi

Laçın rayonu ərazisində kənd təsərrüfatı texnikasının qəzaya uğraması nəticəsində 2 nəfər vəfat edib. Dalidag.az xəbər verir ki, dünən axşam saatlarında Laçının Güləbird kəndi ərazisində “Kroun KO-R” MMC-yə məxsus olan “Class 630” markalı traktor dərəyə aşıb. Nəticədə traktorla hərəkət edən kombayn sürücüləri: 1990-cı il təvəllüdlü Kazım Abbasov və 1979-cu il təvəllüdlü Yusif Abışov aldıqları ağır xəsarətlərdən hadisə yerində vəfat edib. Traktoru idarə edən 1969-cu il təvəllüdlü Müşfiq Əliyev

Aqil ƏSƏDOV İqtisad üzrə fəlsəfə doktoru, dosent, YAP-nın üzvü Azərbaycan Respublikası bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf yolu ilə öz işıqlı və parlaq gələcəyinə doğru inamla irəliləyir. Bu gün cənab İlham Əliyev tərəfindən yürüdülən daxili və xarici siyasət, ölkə başçısının birbaşa rəhbərliyi və nəzarəti ilə həyata keçirilən sosial-iqtisadi islahatlar, Azərbaycan dövlətinin uğurlu sabahından danışmağa tam əsas verir. Artıq dünyada cərəyan edən prosesləri

İşğaldan azad edilmiş Laçın rayonundan yeni görüntülər yayılıb. Videoda rayonda yerləşən Ağbulaq şəlaləsi əks olunub. Dalidag.az həmin görüntüləri təqdim edir:

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ölkəsinə məxsus silahlı qüvvələrin Qarabağdan çıxarılacağıyla bağlı açıqlaması ən müxtəlif kontesktlərdən müzakirə olunur. Qriqoryanın "özünümüdafiə qüvvələrinə" toxunulmayacağını bəyan etməsi analitiklər tərəfindən növbəti erməni hiyləsi kimi qiymətləndirirlir. Diqqətçəkən ən önəmli məqam isə separatçı rejimin Ermənistan ordusuna aid olan silahlı birləşmələrin çıxarılacağıyla bağlı bəyanta səssiz qalmasıdır. Dalidag.az xəbər verir ki,

Rusiya Federasiyası ilə müharibədə Ukraynanın məğlubiyyətindən danışa bilmərik, çünki ukraynalılar kölə xalq deyillər, onlar heç vaxt bir daha Rusiyanın boyunduruğu altında olmağa razı olmayacaqlar. Ona görə də məğlubiyyət variantını müzakirə etməyə belə dəyməz. Dalidag.az xəbər verir ki, bu fikirləri diplomat, Rusiya Araşdırmaları Mərkəzinin rəhbəri, Ukraynanın keçmiş xarici işlər naziri Vladimir Oqrızko deyib. "Söhbət yalnız Ukraynanın qələbəsinin vaxtından gedir və o, Ukrayna Silahlı

Milli Məclisin deputatı Fəzail Ağamalı Salyanda satirik şair İbrahim Xudayiyə onun haqqında yazdığı şeiri sosial şəbəkədən silmək üçün 100 AZN göndərib. Dalidag .az konkret.az-a istinadən xəbər verir ki, bu iddia ilə şair özü çıxış edib. “Ağır xəstəlikdən əziyyət çəkirəm. Hamamı, tualeti, qazı və suyu olmayan 1 otaqlı evdə yaşayıram. Mənə kömək etsin deyə deputat Fəzail Ağamalıya 4 dəfə yazılı, 2 dəfə də videomüraciət etmişəm, əlavə olaraq da təndiqi şeir paylaşmışam. Deputatın köməkçisi Xidmət
Yazı axını