Hər il hazırlanan “Dünyanın ən güclü pasportları” siyahısının yenilənmiş versiyası dərc edilib. Dalidag.az xəbər verir ki, bu siyahını Londonda yerləşən Henley & Partners şirkəti hazırlayıb. Qeyd edək ki, Vizasız gediş-gəlişin təmin edilməsi meyarı əsasında hazırlanan siyahıda ən güclü pasportlara malik ölkələr kimi Yaponiya, Sinqapur və Cənubi Koreya seçilib. Reytinqdə bu üç Asiya ölkəsini Almaniya, İspaniya, Finlandiya və İtaliya izləyir, Türkiyə isə 54-cü yerdədir.

Paşa Talıblı Azərbaycan Yazıçılar Birliyinin üzvü Fanilik duyğusu... Hər vaxt olduğum yerdəyəm- ...astarı sökülmüş yerdə! ...başqa-başqa uzaqlar da bətnimə bükülmüş yerdə! Heç vaxt harda olduğumdan xəbərim olmur deyinəm! Deyəm: fanilik budumu? Budumu ömür deyilən? Fəhmin fəzli çox şeydədi- biri elə adımdadı! ...əslində, harda olduğum olduğu tək yadımdadı! Ömürdü- salnaməsi yox... ...damarını şübhə kəsdi! ...hər yerə yazılmış adım məni unutmağa bəsdi! İllüziya... ...Tanrısan, bilirəm yerin

“Üzərindən 1 il 8 ay keçməsinə baxmayaraq Ermənistan 10 noyabr razılaşmasının bir sıra müddəalarının icrasını, həmçinin, sərhədlərin delimitasiyası ilə bağlı məsələləri məqsədli şəkildə gecikdirir, məğlub tərəf kimi üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir. Prezident İlham Əliyevin 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə səsləndirdiyi bəyanatlar Ermənistan üçün bir növ xəbərdarlıq kimi qəbul olunmalıdır”. Dalidag.az bildirir ki, Milli Məclisin deputatı Aqil Məmmədovun

Az öncə Azərbaycanın bütün media resursları Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Armenpress”ə müsahibəsində işlətdiyi “Ermənistan silahlı qüvvələrini Qarabağdan çıxarır” sözləri üzərində məqalələr hazırlayaraq dərc etdirir. Həmin sensasiyalı müsahibənin orijinal variantına baxdıqda məlum olur ki, Qriqoryan bu fikirləri söyləyərkən belə ikili oyun oynayıb, məhz ermənilik edib - hiylə gəlib. Belə ki, erməni müxbirin “Belə çıxır ki, Ermənistan öz silahlı qüvvələrini

Bu gündən əhalinin ilk qrupunun Zəngilanın Ağalı kəndinə köçürülməsinə başlanılır. Dalidag.az xəbər verir ki, proses 4 mərhələdə həyata keçiriləcək. Prosesin birinci mərhələsində 40-dan çox ailənin Ağalıya köçürülməsi planlaşdırılıb. Onlar arasında ortayaşlı sakinlər üstünlük təşkil edir. Vətəndaşların məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən təmin olunacaq.Kənddə reallaşdırılan layihənin icrası - yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı",

Hazırda həbsdə olan Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş səfiri Eldar Həsənovun səhhətindəki problemlər son günlər daha da ciddiləşib. Dalidag.az xəbər verir ki, bu barədə vəkil Cavad Cavadov məlumat verib. Onun sözlərinə görə, keçmiş səfirin səhhətində qəflətən yaranan başgicəllənmələri nəticəsində yıxılmaların sayı artmaqda davam edir. Cavadov hüquqlarını müdafiə etdiyi şəxsin müalicəsinin təşkili üçün ədliyyə nazirinə müraciət etməsinə baxmayaraq, hələ cavab

Namiq Dəlidağlı, “Manevr.az” Media Qrupunun rəhbəri, AYB-nin üzvü. Ötən il Şuşada Vaqif poeziya günləri keçiriləndə Kəlbəcərdəydim. Tədbirə çağrılmadığım üçün sevindim. 30 ilə yaxın həsrətini çəkdiyim, ruhumun qibləsi bildiyim doğma yurdumu ziyarət etmək fürsəti yaranmışdı. Əgər dəvət olunsaydım, sözsüz ki, Kəlbəcəri seçəcəkdim. Şuşa başımın tacı, gözümün işığı, könlümün dinclik tapdığı müqəddəs məkandı. Ancaq mənim üçün Kəlbəcər deyil. Körpəllik, gənclik illərimin xatirələrilə ovunmaq, uzun

Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsi şəhidi Həmid Cəfərlinin övladı faciəvi şəkildə ölüb. Dalidag.az-ın məlumatına əsasən, hadisə Gəncədə baş verib. Belə ki, 2017-ci il təvəllüdlü Hüseyn Cəfərli 17 iyul tarixində axşam radələrində şokolad kağızının qida borusunda qalması şübhəsi ilə xəstəxanaya gətirilib. Müayinə zamanı azyaşlının nəfəs borusunu yad cismin deşməsi nəticəsində öldüyü müəyyən olunub.

Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün öz pulu ilə tikdirdiyi kiçik daxma hər kəsin böyük marağına səbəb olur. Dalidag.az xəbər verir ki, Atatürk bu daxmanı 1926-cı ildə tikidirib. Selanik türkcəsində "koliba", Türkiyə türkcəsində isə "kulubə" deyə adlandırılan bu kiçik tikili bir otaqdan ibarətdir. Ankaranın mərkəzində “Söyüdözü Atatürk Evi” kimi tanınan bu tikili cümhuriyyətin qurucusunun tez-tez baş çəkdiyi yer olub. 2000-ci ildə meşə naziri olan Nami Çağanın istəyi

"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Tbilisidə görüşərək müsbət addım atdılar". Bunu ABŞ dövlət katibi Entoni Blinken tviter hesabında yazıb. "Birbaşa dialoq Azərbaycan və Ermənistanın fikir ayrılıqlarının həllinin ən etibarlı yoludur”, - ABŞ-ın dövlət katibi vurğulayıb. Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dünən Gürcüstanın paytaxtı Tbilisidə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla
Yazı axını