Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu xidməti vəzifəsinin yerinə yetirən zaman həlak olan kiçik çavuş 1990-cı il təvəllüdlü Tağıyev Novruz Tağı oğlu bu gün Tovuz rayonunda dəfn olunub. Dalidag.az bildirir ki, Novruz Tağıyevin nəşi Koxanəbi kənd qəbiristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub, məzarı üstünə əklillər və tər qərənfillər qoyulub. Vida mərasimində Tovuz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət

İyulun 9-u axşam saatlarında baş vermiş avtoqəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Novruz Tağı oğlunun həlak olması ilə bağlı məlumatı təsdiq edirik. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin! Dalidag.az

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Xocavənd rayonu ərazisində yeni istifadəyə verilmiş hərbi hospitalın açılışında olub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Məruzəyə əsasən, 250 çarpayılıq hərbi hospitalın 4 hektara yaxın ərazini əhatə etdiyi bildirilib. Qeyd olunub ki, burada qərargah, birmərtəbəli patoloji anatomiya, daimi oksigen təminatı üçün oksigen və transformator binaları tikilib, eləcə də su, ərzaq və

Əziz Orucov "Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucovu təhdid edən şəxs saxlanılıb . Dalidag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. O bildirib ki, Əziz Orucovu təhdid etməkdə şübhəli bilinən şəxs polis tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda polis orqanındadır. Qeyd edək ki, "Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucov 8 iyul 2022-ci il tarixdə özünün Facebook səhifəsində naməlum şəxs
Yazı axını