Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər Rayon Polis Şöbəsinin rəisi Haxverdi Əkbərov Kəlbəcərdə minaya düşərək xəsarət alan polkovnik İsbəndiyarov Vüqar Tofiq oğlunu ziyarət edib. RİH başçısı hazırda stasionar müalicə alan polkovnikin səhhəti ilə maraqlanıb. Xəstəxananın rəhbəri hərbi qulluqçumuzun aldığı xəsarətlərlə bağlı rayon rəhbərinə məlumat verib, vəziyyətinin stabil olduğunu bildirib. Azər Qocayev yaralıya şəfa diləyib, bildirib ki, bütün imkanları ilə onun

44 günlük savaşın nəticələrindən hələ də özünə gələ bilməyən Ermənistan günahkar axtarışlarını davam etdirir. Dalidag.az axar.az-a istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsi “Dağlıq Qarabağın müdafiə ordusunun müdafiə bölməsinin komandiri” S.A.-nın həbs edildiyini açıqlayıb. Bildirilib ki, polkovnik S.A. 2019-cu ilin noyabrından 2020-ci ilin 4 oktyabrına qədər “müdafiə zonasının” komandiri olub və döyüş növbətçiliyi qaydalarını pozub. S.A. 26 sentyabr 2020-ci ildə hərbi hissənin

"Kəlbəcərdə yay fəsli üçün xarakterik təbiət hadisəsi baş verib. İlin isti dövrlərində dağlıq ərazilər üçün xarakterik olan topa yağış buludlarının inkişafı nəticəsində Kəlbəcər rayonunun Alagöllər hövzəsində qısamüddətli və lokal burulğan-tornado hadisəsi baş verib". Dalidag.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. O qeyd edib ki, Alagöllər su hövzəsinin üzərində meydana gələn hava axınları hövzənin üzərində tornado

İyulun 30-u səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yenikənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə MN məlumat yayıb. Ordumuzun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Lökbatanda dəniz sahilində balıq tutarkən suda batan şəhid oğlunun meyiti tapılıb. Dalidag.az FHN-nə istinadən xəbər verir ki, iyulun 28-də Lökbatan ərazisində dəniz sahilində tutarkən ehtiyatsızlıqdan suya düşərək batdığı bildirilən şəxslərdən biri - 1992-ci il təvəllüdlü Allahverdiyev Nicat Hüseyn oğlunun cəsədi bu gün səhər saatlarında batdığı yerdən təxminən 200 metr aralıda aşkar edilib. Meyit FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı” dalğıc-axtarış
Yazı axını