Kənddə su quyusu qazılarkən qızıl aşkar edilib. Dalidag.az xəbər verir ki, hadisə Ağcabədi rayonunun Hacılar kəndində baş verib. Kənd sakinlərindən əldə etdiyimiz məlumata görə, kənddə su quyusu qazarkən, qəribə metal parçaları ilə qarşılaşıblar. Daha sonra məlum olub ki, həmin metal parçaları qızıldır. Kənd sakinləri bu barədə dövlətə məlumat veriblər. Məlumata görə, uzun illər əvvəl həmin kəndin içərisindən Kəlbəcərdən gələn çay keçib. Kəndin ərazisi çökəkdə olduğu üçün dağdan gələn təbii

Bu gün Dəlidağ.az saytının əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, istedadlı şair Sevinc Qəribin doğum günüdü. Dəlidağ.az ailəsi olaraq dəyərli Sevinc xanımı təbrik edir, həyatında və yaradıcılığında uğurlar diləyirik. Sevinc Qəribin bir neçə yeni şeirini təqdim edirik: SƏN EY, İLAHİ ADAM... Cəhənnəmdi hər səhər yoxluğunla oyanmaq, əllərini arayıb boşa çıxmaq zülümdü. Bu kədərlə nə etsəm olmur "diri" dayanmaq, bu ayrılıq deyil ki, bu bildiyin ölümdü... Yolları yadırğayan izə dönüb

İyulun 11-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Dalidag.az

Bir neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihara cəhd edən qazi Elvin Cəfərov vəfat edib. Dalidag.az xəbər verir ki, ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilən 35 yaşlı qazi ötən gecə dünyasını dəyişib. Qeyd edək ki, Sabirabadın Qalağayın kənd sakini olan Vətən Müharibəsi qazisi E.Cəfərov özünü yaşadığı kənddə yandırmışdı.
Yazı axını