İyulun 7-si axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan təhsil aldığı akademiyadan qovulub. "Unikal" xəbər verir ki, Ermənistanın dövlət incəsənət akademiyasında oxuyan Aşot Paşinyan dərslərdə iştirak etmədiyi üçün akademiyadan xaric edilib. Bildirilir ki, Aşot yalnız ilk 3 gün dərsə gedib, ondan sonra o, gəlməyib. Hətta yerli KİV Aşotun atasının taleyini təkrarladığını yazıb. Məlumata görə, Nikol Paşinyan YDU-nun tələbəsi olanda o dövrün iqtidarından narazı olduğu üçün dərsə

“Ermənistan-Türkiyə sərhədinin açılmasına dair ilk razılaşmaların həyata keçirilməsi üzrə işə başlamaq lazımdır”. “Sputnik Ermənistan” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. Onun sözlərinə görə, razılaşmaların həyata keçirilməsi üçün hər iki ölkənin müvafiq qurumlarının bu prosesi koordinasiya etməsi çox vacibdir. Xatırladaq ki, iyulun 1-də Vyanada Türkiyə və Ermənistanın xüsusi nümayəndələri – Serdar Kılıç və Ruben Rubinyan arasında dördüncü
Yazı axını