Xalq artisti Emin Ağalarov Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında ilk dəfə olaraq konsert verəcək. Dalidag.az xəbər verir ki, bu barədə ifaçının özü məlumat yayıb. Müğənninin sözlərinə görə, onun çıxışı Kəlbəcərdə yerləşən hərbi hissədə baş tutacaq. “Konsert əsgərlərimizin əhval-ruhiyyəsini dəstəkləmək üçün keçirilir. Biz bunu çoxdan etmək istəyirdik, sadəcə əvvəllər ora getmək təhlükəli idi və bizə icazə vermirdilər”, - Emin deyib Dalidag.az

Avqustun 25-i Azərbaycan tarixi üçün də xüsusi önəm kəsb edən hadisələrdən biri – Razılıq Əməliyyatının (Operation Countenance) keçirilməsinin 81-ci ildönümü idi. Məhz 1941-ci ilin bu günü Sovet Ordusu Böyük Britaniya qüvvələri ilə birlikdə İrana hərbi müdaxilə edirlər və ölkənin bir hissəsini nəzarət altına alırlar. Əməliyyat İran şahının Hitler Almaniyasına simpatiyası, ölkə ərazisində Almaniyanın təsir dairəsinin genişlənməsi, İranın Hitler koalisiyasının tərəfində SSRİ və Böyük Britaniyaya

Türkiyə Cümhuriyyətinin mübarək milli günlərindən biri - 30 Avqust Zəfər bayramı. Bu bayram Türkiyə tarixinə Birinci Dünya Müharibəsindən məğlub çıxan Osmanlı dövlətinin işğalçı ölkələr arasında paylaşdırılması planlarının qarşısının alınması ilə əlamətdardır. O zaman böyük sərkərdə və dövlət xadimi Mustafa Kamal Atatürkün başçılıq etdiyi vətənpərvər qüvvələr iflasa uğramış xanədanlığın xarabalıqları altından bugünkü Türkiyə Cümhuriyyətini dirçəltmək üçün böyük mücadilə və qurbanlar verdilər.

Kəlbəcər ictimaiyyətinə daha bir ağır itki üz vermişdir. Ermənistanın hərbi təcavüzü nəticəsində 1993-cü il 2 aprel tarixdə Kəlbəcər rayonu işğal edilmiş, . Kəlbəcər rayonunun Nadirxanlı kənd sakini Əliyev Əli Qasım oğlu öz ailə üzvləri ilə birlikdə Abşeron rayonunun Xırdalan şəhərində müvəqqəti məskunlaşmışdır. Əli Əliyev 1948 ci il 1 oktaybr tarxdə Kəlbəcər rayonunun Nadirxanlı kəndində anadan olmuşdur. Əli Əliyev Zaqatala Politexnik Texnikumunu bitirdikdən sonra uzun illər Kəlbəcər Rayon

"Sizi əmin edirəm ki, ermənilər Qarabağda yaşamaq üçün kütləvi şəkildə yalvaracaqlar". Dalidag.az xəbər verir ki, bunu məşhur rusiyalı jurnalist, siyasi ekspert Maksim Şevçenko deyib. "Sadəcə Əsgəranla hazırkı Şuşanı müqayisə edin, başqa heç nə demirəm. Ermənilərin vəziyyətini görürük. Bilirəm ki, ötən dəfə onlarca erməni Şuşaya yaxın gəlib, xahiş edirdilər ki, azərbaycanlılar onlara iş versinlər. Azərbaycan xalqı xeyirxah xalqdır və Prezident İlham Əliyevin dediyi kimi, əgər insan hərbi

Mətbuat Şurasının sədri Əflatun Amaşov istefa ərizəsi yazıb. Dalidag.az xəbər verir ki, Əflatun Amaşov tutduğu vəzifədən istefa vermklə bağlı qərarını yaxın günlərdə açıqlayacaq. Mətbuat Şurasının sədri vəzifəsini qurultaya qədərki dövrdə İdarə Heyətinin üzvü, "525-ci" qəzetin baş redaktoru Rəşad Məcid icra edəcək.Unikal

Böyük ehtimalla yaxın aylarda - rus politoloqun da dediyi kimi, bu il 10 noyabra qədər Cənubi Qafqazda həlledici hadisələr baş verə bilər... Hər halda, Paşinyan hakimiyyəti də, Araik Arutyunyanın separatçı-terrorçuları da anlayırlar ki, Laçın problemi həll edildiyindən, indi rəsmi Bakının əsas hədəfi birbaşa Xankəndidir... Ermənistanda dövlətçilik üçün ən ciddi təhlükələrdən biri də ölkədaxili ziddiyyətlər hesab oluna bilər. Çünki, Ermənistanın bundan sonra hələ uzun müddət daxili qarşıdurma

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, USTA dərəcəli hərbi qulluqçu, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsinin Komandiri, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin doğum günüdür. Dalidag.az xatırladır ki, Anar Vaqif oğlu Əliyev 1980-cı il avqustun 28-də Kəlbəcər rayonunun Boyaqlı kəndində anadan olub. 1995-1997-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 1997-2001-ci illərdə isə Bakı Ali Birləşmiş Komandanlıq

Hazırda həbsdə olan Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş səfiri Eldar Həsənovla bağlı ölkə rəhbərinə növbəti müraciət olunub. Dalidag.az xəbər verir ki, Kəlbəcər rayon Yellicə kənd sakini Əhliman Hacıağa oğlu Məmmədov Eldar Həsənovun əfvi üçün prezidentdən xahiş edib. Kəlbəcərli ağsaqqalın video müraciətini təqdim edirik. Dalidag.az

Azərbaycan Silahlı Qüvvələri avqustun 26-da Laçın dəhlizinə yerləşdi və şəhər də daxil olmaqla ətraf kəndləri nəzarətə götürdü. Bu, 44 günlük müharibədən sonra imzalanmış üçtərəfli bəyanatın daha bir maddəsinin vaxtından qabaq icra olunmasıdır. Sözgedən razılaşmanın 6-cı bəndində 3 il ərzində Laçın dəhlizi boyunca Xankəndi ilə Ermənistan arasında rabitə təmin edən yeni bir nəqliyyat marşrutunun inşası üçün bir plan müəyyən ediləcəyi və bu marşrutu qorumaq üçün sonra burada Rusiya sülhməramlı
Yazı axını