Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mirzoev Elmar Elçhin oğlunun odlu silahdan açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat edib. Dalidag.az xəbər verir ki, Müdafiə Nazirliyi faktı təsdiqləyib. Faktla əlaqədar araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir!

Azərbaycan üçün böyük əhəmiyyətə malik olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun yeni görüntüləri yayılıb. Kadrlarda yolun 81-101-ci km-lərinin inşasını həyata keçirən “AzVirt” MMC-nin gördüyü işlər yer alıb. Ümumi uzunluğu 123,8 km olan yolun təməli 2021-ci ilin aprelin 26-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı qoyulub. Yol işğaldan azad edilmiş ərazilərin inkişafı üçün əhəmiyyətli olan 10

“Dünən və bu gün çox adam Zabuxdan çıxıb, lakin indi kəndə daxil olan vətəndaşların sayı oranı tərk edənlərin sayından çoxdur”. Dalidag.az xəbər verir ki, bu barədə “Demokratik Birlik partiyasının rəhbəri” Suren Petrosyan Facebook-da canlı yayımda bildirib. O əlavə edib ki, Zabuxda vətəndaşların sayı prosesin məntiqini və mahiyyətini dəyişməyə kifayət etmir. “Son günlər belə görünür ki, Laçın, Sus və Zabux icmalarının taleyinin nəhayət həll olunduğu barədə fikir formalaşıb. Bir daha tam

Laçın rayonundan yeni görüntülər yayılıb. Kadrlardan göründüyü kimi, Laçını tərk etməli olan ermənilər evləri yandırır, meşələrə od vururlar. Vandal əməllərdən əl çəkməyən ermənilər avqustun 25-nə kimi qanunsuz məskunlaşdıqları Azərbaycan ərazilərini tərk etməlidirlər. Onlar isə Laçından çıxmazdan əvvəl ekoloji cinayət törədərək əsl xislətlərini bir daha nümayiş etdirirlər./modern.az Dalidag.az
Yazı axını