Namiq Dəlidağlı və Famil Museyibov Zəkası, alicənablığı, virtualdan belə boy göstərən ziyalı obrazı, xarakteri, qayğıkeşliyi qədər həssaslığı, kövrəkliyi də qəribə bir yaxınlıq, doğmalıq yaradıb aramızda. Bəlkə də yurd, torpaq yaxınlığı ruhumuza hopan duyğuları eyniləşdirir. Canlı ünsiyyətimiz olmayıb heç vaxt. Bircə dəfə şəbəkə üzərindən görüntülü salamlaşmaq imkanımız olub. O da dostların əhatəsində. Ürəyimdən keçənləri sözə çevirib haqqında kiçik bir yazı yazmışdım 2-3 il əvvəl. İlahi,

Azərbaycanlılara məxsus avtomobil Laçının Zabux kəndində görüntülənib. Dalidag.az xəbər verir ki, bu barədə Teleqram kanallarında video yayımlanıb. Qeyd edək ki, Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış ermənilərin çıxarılması üçün verilən vaxt başa çatmaq üzrədir. Dalidag.az

Bir neçə dəqiqə əvvəl Xankəndidə partlayış baş verib. Dalidag.az xəbər verir ki, bu barədə Erməni teleqram kanalları məlumat yayıb. Partlayışın səbəbi və itkilər haqqında hələ ki, məlumat yoxdur.

Azərbaycan hökumətinin inşasını yekunlaşdırdığı Laçın dəhlizinə alternativ avtomobil yolu ilə hərəkət yaxın bir həftədə mümkün olacaq. Dalidag.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı yol infrastrukturu layihələrinə cəlb edilməsi üçün alınmış yol texnikası və maşın-mexanizmlərin təqdimatında deyib. "Məlumdur ki, cəmi 10 ay ərzində Laçın şəhərinə daxil olmadan 22 kilometri

“Vətəndaşlığa bərpa və ya vətəndaşlığa xitam verilmə barədə Azərbaycan ərazisində yaşayan şəxslər Dövlət Miqrasiya Xidmətinə, xarici dövlətlərdə yaşayan şəxslər isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluq idarələri vasitəsi ilə Xarici İşlər Nazirliyinə müraciət etməlidir”. Dalidag.az xəbər verir ki, bu sözləri Bizim.Media-ya açıqlamasında hüquqşünas Əsabəli Mustafayev bildirib. Onun sözlərinə görə, vətəndaşlıqdan imtina etmık istəyən şəxslər öncə vəsatətlə dövlət
Yazı axını