Bu gün Göyçə-Zəngəzur Respublikasının prezidenti və Qərbi Azərbaycana (ermənistana) Qayıdış Birliyinin sədri Rizvan Talıbov bir neçə sərəncamlar imzalamışdır. Sərəncamlara əsasən, Moskva şəhərində yaşayan GZR Mətbuat və İnformasiya naziri Eldəniz Teymurovun və XÖTD işlər üzrə Dövlət Komitəsi sədrinin müavini İlqar Əhmədovun istefa xahişləri qəbul olunaraq hər iki şəxs tutduqları vəzifələrdən azad olunmuşdur. Eyni zamanda GZR prezidentinin Diaspor, Multikulturalizm və Mətbuatla işlər üzrə

Milli Məclisinm deputatı Aqil Məmmədov bəzi media orqanlarında və sosial şəbəkələrdə millət vəkillərinin, ayrı-ayrı məmurların adından yayılan saxta paylaşımlarla bağlı ictimaiyyətə müraciət ünvanlayıb. Dalidag.az həmin müraciəti təqdim edir: "Hörmətli həmvətənlər! Fəaliyyətim dövründə hər zaman media nümayəndələrinə həssas yanaşmış, onların peşə fəaliyyətlərini dəstəkləmişəm. İnanıram ki, qərəzsiz media sağlam cəmiyyət üçün əsas amillərdən biridir. Məhz, bu səbəbdən, bu günə qədər istənilən

Bu gün şəhid olan əsgər Kazımov Anar Rüstəm oğlu əslən Şəmkir rayonundandır. Dalidag.az-ın oxu.az-a istinadən məlumatına görə, A.Kazımov 2004-cü ilin fevralın 16-da rayonun Qaracəmirli kəndində doğulub. O, bu ilin aprel ayında Şəmkir Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Hazırda doğulduğu rayonda şəhidin dəfni ilə bağlı hazırlıq işləri görülür. A.Kazımovun nəşinin nə vaxt rayona gətiriləcəyi hələ ki məlum deyil. Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə,

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq, Raket və Artilleriya Qoşunlarının bölmələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Plana uyğun olaraq “Həyəcan” siqnalı ilə qaldırılan bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq atəş mövqelərini tutublar. Keçirilən məşğələlərdə əsas məqsəd komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsi, eləcə də digər qoşun

Məmurlar təkcə onu həbsə alan hakimiyyətə deyil, həm də bu adamların cəzalandırılmasını tələb edən cəmiyyətə qarşı çıxırlar Sabiq icra başçılarının məhkəmə prosesi başa çatdı. Aylarla istintaq altında olan, rüşvət aldıqları, külli miqdarda sərvət topladıqları məhkəmədə sübuta yetirilən bu şəxslərin müqaviməti diqqət çəkir. Barələrindəki məhkəmə hökmü və qərarları ilə razılaşmadıqları, üstəlik, daha yüngül cəzaya deyil, bəraətverici əsaslarla hökmə nail olmaq istəkləri göz deşir. Məsələn, bir

44 günlük müharibədən sonra erməni xalqına elə gəlirdi ki, rus sülhməramlılar Qarabağda Ermənistanın maraqlarını qorumaqdan ötrü yerləşdirilib. Lakin hadisələrin gedişatı bunun belə olmadığını göstərir. Dalidag.az xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Tevos Arşakyan bildirib. “Artıq aydındır ki, Qarabağdan erməni silahlıların çıxarılması prossesini elə rus sülhməramlılar aparacaq. Xüsusi əməliyyat olacaq və ruslar Qarabağı erməni silahlılardan tam azad edəcək. Çünki artıq
Yazı axını