Reklam
Millət vəkili: "Təəssüf ki, bəzi hallarda media adından çıxış edənlərin çirkin məqsədlərə xidmət etdiyini görürük"
03-08-2022 13:57
Dalidag.az həmin müraciəti təqdim edir:
"Hörmətli həmvətənlər!
Fəaliyyətim dövründə hər zaman media nümayəndələrinə həssas yanaşmış, onların peşə fəaliyyətlərini dəstəkləmişəm. İnanıram ki, qərəzsiz media sağlam cəmiyyət üçün əsas amillərdən biridir. Məhz, bu səbəbdən, bu günə qədər istənilən media nümayəndəsinin, istənilən mövzudaki suallarını cavablandırmışam.
Bu gün Azərbaycanda söz, ifadə azadlığı yüksək səviyyədə təmin olunub. Siyasi, ideoloji baxışlarından asılı olmayaraq bütün media resursları, həmçinin, vətəndaşlar sosial şəbəkələr vasitəsilə öz fikirlərini ifadə edirlər. Bu, pluralist atmosferin təminatı isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və mövcud qanunvericilik, Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərdir.
Təəssüf ki, bəzi hallarda media adından çıxış edən bəzi resursların xəbərlərin qərəzsiz şəkildə çatdırmasını yox, başqa, çirkin məqsədlərə xidmət etdiyini görürük. Bu kateqoriyadan olan saytlar və sosyal media səhifələri bəzən saxta müsahibələr və bəyanatlar tərtib edərək guya dövlət və hökümət nümayəndələrinin, deputatların fikirləri qələmə verir və yayırlar. Bu saxta, yalan paylaşımlar isə inanlarda haqlı qıcıq doğurur, bəzənsə fikirlər kontekstdən çıxarılır, təqdimat yanıldıcı hala gətirilir, seçilən mövzular və verilən suallar daha sonra spekulasiyalara yol açacaq şəkildə sistemləştirilir, ictimai fikir çaşdırılır.
Əlbəttə, bütün bunlar müxtəlif dövlət və hökümət nümayəndələrinin, millət vəkillərinin nüfuzuna xələl gətirmək, onların imicini ləkələmək, görülən işlərə kölgə salmağa hesablanır. Bəzi media resurslarının ayr- ayrı şəxslərin və maraq qruplarının əlində alətə çevrilməsi, vicdanlı jurnalistlərin və qərəzsiz medianın da fəaliyyətini çətinləşdirir.
Hörmətli həmvətənlər!
Artıq, bu cür qarayaxmalardan, yalançı “açıqlamalar”dan heç kim sığortalanmayıb. Heç vaxt söylənməyən, söylənməsi mümkünsüz olan bu cür saxta postlar hansısa qüvvələr tərəfindən hazırlanır, sosial şəbəkələrdə ironik, sadə insanlarda qıcıq yaradacaq tərzdə paylaşılır. Belə saxta paylaşımlara qarşı həssas diqqətli olmağınızı xahiş edirəm.
Eyni zamanda, bildirirəm ki, bu kimi halların təkrarlanacağı halda, müvafiq qaydada hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
Bu kimi halların qarşısının alınması, insanlarda yanlış fikirin yaranmaması, ictimai rəydə çaşqınlıq yaranmaması üçün bundan sonra etimad etdiyimiz, toplum tərəfindən ciddi media kimi qəbul edilən informasiya resursları ilə əməkdaşlığı daha məqsədəuyğun hesab edirik.
İnanırıq ki, sözün əsl mənasında şərəfli jurnalistika peşəsinin yükünü çiyinlərində daşıyanlar bu qərarımızı anlayışla qarşılayacaqlar."
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 03-08-2022 13:57
Baxış sayı: 3492Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)



















