Müdafiə Nazirliyi həftəlik icmalını yayıb. Dalidag.az nazirliyə istinadən icmalı təqdim edir.

İyulun 30-u axşam saatlarından başlayaraq 31-i gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Gədəbəy və Kəlbəcər rayonları istiqamətlərində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Bu barədə Dalidag.az Müdafiə Nazirliyinə istinadən xəbər verir. Bundan başqa, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonunun

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər Rayon Polis Şöbəsinin rəisi Haxverdi Əkbərov Kəlbəcərdə minaya düşərək xəsarət alan polkovnik İsbəndiyarov Vüqar Tofiq oğlunu ziyarət edib. RİH başçısı hazırda stasionar müalicə alan polkovnikin səhhəti ilə maraqlanıb. Xəstəxananın rəhbəri hərbi qulluqçumuzun aldığı xəsarətlərlə bağlı rayon rəhbərinə məlumat verib, vəziyyətinin stabil olduğunu bildirib. Azər Qocayev yaralıya şəfa diləyib, bildirib ki, bütün imkanları ilə onun

44 günlük savaşın nəticələrindən hələ də özünə gələ bilməyən Ermənistan günahkar axtarışlarını davam etdirir. Dalidag.az axar.az-a istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsi “Dağlıq Qarabağın müdafiə ordusunun müdafiə bölməsinin komandiri” S.A.-nın həbs edildiyini açıqlayıb. Bildirilib ki, polkovnik S.A. 2019-cu ilin noyabrından 2020-ci ilin 4 oktyabrına qədər “müdafiə zonasının” komandiri olub və döyüş növbətçiliyi qaydalarını pozub. S.A. 26 sentyabr 2020-ci ildə hərbi hissənin

"Kəlbəcərdə yay fəsli üçün xarakterik təbiət hadisəsi baş verib. İlin isti dövrlərində dağlıq ərazilər üçün xarakterik olan topa yağış buludlarının inkişafı nəticəsində Kəlbəcər rayonunun Alagöllər hövzəsində qısamüddətli və lokal burulğan-tornado hadisəsi baş verib". Dalidag.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. O qeyd edib ki, Alagöllər su hövzəsinin üzərində meydana gələn hava axınları hövzənin üzərində tornado

İyulun 30-u səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yenikənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə MN məlumat yayıb. Ordumuzun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Lökbatanda dəniz sahilində balıq tutarkən suda batan şəhid oğlunun meyiti tapılıb. Dalidag.az FHN-nə istinadən xəbər verir ki, iyulun 28-də Lökbatan ərazisində dəniz sahilində tutarkən ehtiyatsızlıqdan suya düşərək batdığı bildirilən şəxslərdən biri - 1992-ci il təvəllüdlü Allahverdiyev Nicat Hüseyn oğlunun cəsədi bu gün səhər saatlarında batdığı yerdən təxminən 200 metr aralıda aşkar edilib. Meyit FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı” dalğıc-axtarış

29 iyul 2022-ci il tarixdə əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Kəlbəcər rayon 14 nömrəli tam orta məktəbin binasında həmin ərazidə yaşayan vətəndaşların səyyar-görüş qəbulunu keçirmişdir. Dalidag.az xəbər verir ki, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı ilə yanaşı, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrünə hazırlıq prosesi davam edir. Dalidag.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Yeni tədris dövrünün başlanması ilə əlaqədar hərbi hissələrdə sıra baxışları keçirilib, maddi-tədris bazaları, poliqonlar, döyüş texnikaları, şəxsi heyətin silahı və döyüş təchizatı yoxlanılıb.Qeyd edək ki, Ordumuzda tədris prosesi Ali Baş Komandanın

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbərliyinin iclası çağırılıb. Dalidag.az-ın modern.az-a istinadən verdiyi məlumata görə, hazırda AMEA-da toplantı keçirilir. İclasda Prezident İlham Əliyevin elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı ötən gün imzaladığı fərmandan irəli gələn məsələlərin müzakirə olunduğu bildirilir. Xatırladaq ki, ötən gün Prezident İlham Əliyev “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı
Yazı axını