Polis işçilərinin peşə bayramı günü münasibəti ilə Kəlbəcər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Haxverdi Əkbərov, polis heyəti Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında Ümummilli liderin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Dalidag.az xəbər verir ki, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev və Kəlbəcər rayon İcra Hakimiyyətinin kollektivi, Azərbaycan Respublikasının daxili İşlər Naziri Cənab Vilayət Eyvazov başda olmaqla,

Bakıda məşhur tamada Natiq Dağlaroğlu toyda bıçaqlanıb. Dalidag.az bildirir ki, hadisə “Altun” restoranında baş verib. Belə ki, naməlum şəxs toy zamanı Natiq Dağlaroğlunu bıçaqlayıb. O, yaralı vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Yaxınlarının verdiyi məlumata görə, Natiq Dağlaroğlu əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. Məlumata görə, hadisə nəticəsində atasını restorandan götürməyə gedən oğlu Məhəmməd də xəsarət alıb. Dalidag.az

Toğanalı-Kəlbəcər avtomobil yolunun 13.5-cı km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1700 m-dən Murovdağ zirvəsinədək 3250 m-ə qədər artır. Dalidag.az xəbər verir ki, “Azərbaycan Avtomobil Yolları” Agentliyindən verilən məlumata görə, bu hissədə uzunluğu 11658, hərəkət hissəsinin eni bir istiqamət üzrə 12 metr təşkil edən dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir. Dalidag.az

Ermənistan hakimiyyəti və Qarabağ separatçıları Laçın rayonunda qanunsuz yaşayan ermənilərin köçürülməsi yollarını müzakirə edirlər. Dalidag.az-ın modern.az-a istinadən məlumatına görə, özünü Qarabağ separatçılarının "ombudsmanı" kimi təqdim edən nümayəndəsi Geqam Stepanyan iyulun 1-də deyib ki, Laçının Zabux və Sus kəndlərində yaşayan ermənilər Şuşa rayonunun Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinə köçürülə bilər. Laçın şəhərindən çıxarılacaq ermənilərə gəlincə, onun sözlərinə görə, bu

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən çap və onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlanıb. Dalidag.az lent.az-a istinadən maliyyə yardımı ayrılacaq onlayn media subyektlərinin siyahısını təqdim edir: Maliyyə yardımı ayrılacaq çap mediası subyektlərinin siyahısı:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Murovdağ tunelindəki son vəziyyəti açıqlayıb. Dalidag.az-ın məlumatına görə, açıqlamada deyilir ki, Toğanalı-Kəlbəcər avtomobil yolunun 13.5-cı km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1700 m-dən Murovdağ zirvəsinədək 3250 m-ə qədər artır. Bu hissədə uzunluğu 11 658, hərəkət hissəsinin eni bir istiqamət üzrə 12 metr təşkil edən dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir.
Yazı axını