Reklam
Kəlbəcər rayonunda Azərbaycan Polisinin yaradılmasının 104-cü ildönümü qeyd edilib - Şəkil
02-07-2022 11:40

Polis işçilərinin peşə bayramı günü münasibəti ilə Kəlbəcər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Haxverdi Əkbərov, polis heyəti Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında Ümummilli liderin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Dalidag.az xəbər verir ki, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev və Kəlbəcər rayon İcra Hakimiyyətinin kollektivi, Azərbaycan Respublikasının daxili İşlər Naziri Cənab Vilayət Eyvazov başda olmaqla, bütün polis işçilərini peşə bayramları münasibətilə təbrik edib, dövətimizin sabitliyinin, insanların həyat və sağlamlığının, hüquq və azadlıqlarının qoruması işində Azərbaycan polisinə uğurlar arzulayıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, ölkədə tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına nəzarət edilməsi, işğaldan azad olunmuş ərazilərdə ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi ilə bağlı xidməti vəzifələrini yerinə yetirməkdə fərqləndiyinə görə Kəlbəcər Rayon Polis Şöbəsinin rəis müavini polis polkovnik-leytenantı Quliyev Elşən Şahlar oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 02-07-2022 11:40
Baxış sayı: 3443Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























