İyulun 9-u axşam saatlarında baş vermiş avtoqəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Novruz Tağı oğlunun həlak olması ilə bağlı məlumatı təsdiq edirik. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin! Dalidag.az

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Xocavənd rayonu ərazisində yeni istifadəyə verilmiş hərbi hospitalın açılışında olub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Məruzəyə əsasən, 250 çarpayılıq hərbi hospitalın 4 hektara yaxın ərazini əhatə etdiyi bildirilib. Qeyd olunub ki, burada qərargah, birmərtəbəli patoloji anatomiya, daimi oksigen təminatı üçün oksigen və transformator binaları tikilib, eləcə də su, ərzaq və

Əziz Orucov "Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucovu təhdid edən şəxs saxlanılıb . Dalidag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. O bildirib ki, Əziz Orucovu təhdid etməkdə şübhəli bilinən şəxs polis tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda polis orqanındadır. Qeyd edək ki, "Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucov 8 iyul 2022-ci il tarixdə özünün Facebook səhifəsində naməlum şəxs

Şairə Nazilə Səfərli İşğaldan azad olunan Kəlbəcər rayonuna qanunsuz yolla keçərək, orada nişan mərasimi edib. Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, DİN-in İctimai Təhlükəsizlik idarəsi əməkdaşları Nazilə Səfərlini həbs edib. Ona 15 sutka həbs cəzası verilib. Həmçinin qeyd olunub ki, Nazilə Səfərlinin Kəlbəcərə keçməsinə göz yuman Göygöl və Kəlbəcər rayonu polis əməkdaşlarından bəziləri işdən azad olunub, bəzilərinə töhmət verilib. Hazırda Toğanalı kəndindəki polis postuna

Şuşada artıq 23 binadan ibarət ilk yaşayış kompleksinin inşasına başlanılıb. Dalidag.az xəbər verir ki, bunu Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin rəhbərlərinin Şuşada keçirilən müşavirəsində deyib. O bildirib ki, işlər davam etdirilir: “Gələn ilin sonunda ilk sakinləri, şuşalıları orada qəbul edəcəyik. Onlara evlərinin açarlarını verəcəyik”. Dalidag.az

İyulun 8-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Dalidag.az Müdafiə Nazirliyinə istinadən məlumat verir. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Laçın rayonunda yol qəzası baş verib, nəticədə bir nəfər xəsarət alıb. Dalidag.az xəbər verir ki, hadisə Kəlbəcər-Laçın yolunun Duzdağ aşırımında baş verib. Belə ki, əks istiqamət üzrə hərəkət edən “Mitsubishi” və “Niva” markalı minik maşınları toqquşub. Nəticədə bir nəfər xəsarət alıb. Yaralı Kəlbəcər rayonunda tibbi yardım aldıqdan sonra, Göygöl rayonuna göndərilib. Onun dizində sınıqlar olduğu deyilir. Faktla bağlı araşdırma başlanıb. (bizim.media) Dalidag.az

Düz 27 il Kəlbəcərə qayıdacağıq dedik, buna ürəkdən inandıq və nəhayət, doğma yurdumuza döndük... 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin misilsiz nəticələrindən biri kimi, Kəlbəcərin bir güllə belə atılmadan, bir itki belə verilmədən azadlığına qovuşdurulmasından sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev bu rayona qalibiyyət səfəri etdi və elə orada da bəyan etdi ki, Kəlbəcəri cənnətə çevirəcəyik... Kəlbəcər elinin sevincinə, qəlblərində tezliklə dədə-baba yurdlarına

Sabahdan Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl iş olmayacaq. Dalidag.az xəbər verir ki, iyul ayının 9-u və 10-u Azərbaycanda Qurban bayramı qeyd ediləcək. Həmin tarixlər şənbə, bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdirilib. Bununla da Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl (9, 10, 11 və 12 iyul) iş olmayacaq. Növbəti iş günü iyulun 13-dədir.

İyulun 7-si axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.
Yazı axını