İyulun 23-də günorta saatlarında Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbayev Kamiz Mübariz oğlu dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində itkin düşüb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, hərbi qulluqçumuzun axtarışı istiqamətində müvafiq tədbirlər görülür. Hazırda faktla bağlı araşdırma aparılır. Dalidag.az

Bu il Milli Mətbuatımızın qaranquşu olan “Əkinçi” qəzetinin ilk sayının nəşr olunmasının 147-ci ili tamam olur. Bu, eyni zamanda Azərbaycan Milli Mətbuatının tarixidir. Milli Mətbuatımız 147 illik tarixi boyu Azərbaycanın ictimai-siyasi həyatında önəmli rol oynayıb. Bu tarix qələmi müqəddəs bilən, onun saflığını, təmənnasızlığını qoruyub saxlayan bütün söz adamlarının bayramıdır. Artıq 2-ci ildir ki, Milli Mətbuat günü respublikamızda Zəfər müjdəli bayram kimi qeyd edilir. İkinci Qarabağ

Amerikalı ekspert İran səfirinin Bakıdan qovulmasını təklif edib. Amerikanın İran üzrə eksperti Mark Dubovitz İranın Azərbaycandakı səfiri Abbas Musəvinin İsrail səfiri Corc Diki ölümlə hədələməsi ilə bağlı paylaşım edib. “İran səfiri açıq şəkildə İsrail səfirini ölümlə təhdid edir. Azərbaycan İranın səfirini mollalara geri göndərməli və onun ölkəyə girişini bloklamalıdır”, – deyə tanınmış ekspert yazıb. Qeyd edək ki, İsrailin Bakıdakı səfiri Azərbaycanın tarixi şəhəri Təbrizin tarixi və

Bu gün Azərbaycanda milli mətbuatın yaranması günüdür. 147 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub. “Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoyub, cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi. Sonrakı illərdə görkəmli ziyalılar

Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçrülüməsinin birinci mərhələsi davam edir. İyulun 21-də Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan” çəhərciyindən növbəti köç karvanı yola salınıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, otuz ilə yaxın yurd həsrəti ilə yaşayan daha 48 nəfər – 10 ailə yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə daimi

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq "Azərişıq” ASC işğaldan azad olunmuş Laçın rayonu ərazisində genişmiqyaslı işləri davam etdirir. Dalidag.az bildirir ki, "Azərişıq” ASC- dən trend-ə verilən məlumata görə, "Güləbird” yarımstansiyasından mənbə kimi istifadə etməklə yeni çəkilən Güləbird-Minkənd kəndi istiqamətində 35 kV-luq xətt çəkilib. 35 kV-luq bu xətt üçün müasir, izoliyasiyalı naqildən istifadə edilib. Güləbird ərazisindən Laçın dəhlizi istiqamətdə mövcud hava

Türkiyə vətəndaşları Azərbaycanın quru sərhədlərində ölkəni tərk etmək üçün istifadə edə bilərlər. Dalidag.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib. Ancaq sentyabrın 1-dək Türkiyə vətəndaşları üçün quru sərhədindən Azərbaycana daxil ola bilməzlər. Pasportlarını müddəti bitən Türk vətəndaşları isə yeni nəsil şəxsiyyət vəsiqəsi ilə də hava yolları vasitəsi ilə Azərbaycandan Türkiyəyə geri dönə bilərlər.(apa) Dalidag.az

“Prezident İlham Əliyevin Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin nümayəndə heyətini qəbul edərkən söylədiyi fikirlər istər ikitərəfli münasibətlər baxımıdan, istərsə də, Azərbaycanın haqlı mövqeyinin çatdırılması üçün çox sərrast və effektiv fikirlər idi. Hesab edirəm ki, Avroparlamentin təmsilçiləri Azərbaycan Prezidentinin səsləndirdiyi haqlı tənqidlərdən nəticə çıxarmaq üçün istifadə edəcəklər. Çünki, Azərbaycan Avropa qurumları və ümumən Avropa məkanı ilə əməkdaşlıqda,

Kəlbəcər sakinləri ilə görüş keçirilib. Dalidag.az xəbər verir ki, Milli Məclisin deputatı Aqil Məmmədov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndələri Gəncə şəhər 76 saylı hərbi şəhərcikdə məskunlaşan, Kəlbəcər rayon sakinləri ilə görüş keçiriblər. Görüşdə deputat Aqil Məmmədov öncə işğaldan azad olunmuş Zəngilan rayonunun, Ağalı kənd sakinlərini yenidən abad kəndlərinə köçmələri münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, Prezident

Rusiya Prezidenti Vladimir Putin Tehrana rəsmi səfəri çərçivəsində İranın Ali rəhbəri Əli Xamenei ilə görüşüb. “İRNA” xəbər verir ki, görüş zamanı Xamenei hazırda Ukraynada davam edən müharibəyə də toxunub. “Müharibə münaqişələrin həll edilməsi üçün sərt vasitədir və İran heç bir halda sadə insanların üzərinə qoyulan çətinliklərin tərəfdarı deyil. Lakin Ukrayna ilə bağlı vəziyyətə gəldikdə, əgər siz (Rusiya – red.) vəziyyəti öz nəzarətiniz altına almasaydınız, digər tərəf öz təşəbbüsləri ilə
Yazı axını