Reklam

Azərbaycan Jurnalistlər Birliyinin Kəlbəcər bölməsi təsis edildi - ŞƏKİLLƏR
22-07-2022 19:48
Milli Mətbuatımız 147 illik tarixi boyu Azərbaycanın ictimai-siyasi həyatında önəmli rol oynayıb. Bu tarix qələmi müqəddəs bilən, onun saflığını, təmənnasızlığını qoruyub saxlayan bütün söz adamlarının bayramıdır. Artıq 2-ci ildir ki, Milli Mətbuat günü respublikamızda Zəfər müjdəli bayram kimi qeyd edilir. İkinci Qarabağ müharibəsi bir daha sübut etdi ki, ön cəbhədə döyüşən güclü, mütəşəkkil və müzəffər ordu ilə bərabər haqq səsimizi dünyaya çatdıra biləcək çevik, operativ və güclü jurnalist ordusuna da ehtiyac var. Azərbaycan jurnalistlərinin bu fədakarlığı 44 gün ərzində bir daha özünü təsdiq etdi. Bu deyilənləri nəzərə alaraq, Azərbaycan Jurnalistlər Birliyinin Şərqi Zəngəzur Regional Təşkilatının yaradılması zərurəti ortaya çıxdı. Milli Mətbuat günü ərəfəsində aparılan söhbətlər, keçirilən müzakirələr və nəhayətdə təsis yığıncağının keçirilməsi bu təşəbbüsü reallaşdırdi.

Beləliklə, Qubadlı, Kəlbəçər, Laçın, Zəngilan və Cəbrayıl rayonlarını əhatə etməklə, bu ilin iyun ayında Azərbaycan Jurnalistlər Birliyinin Şərqi Zəngəzur Regional Təşkilatı yaradıldı və təşkilata sədr Qubadlı Rayon İcra hakimiyyətinin mətbu orqanı olan “Bərgüşad” qəzetinin baş redaktoru, müstəqil “Sözün sehri” qəzetinin təsisçisi, AYB və AJB üzvü, şair, jurnalist Qafqaz Əvəz oğlu Dəmirov seçildi.

Regional təşkilatın yaradılmasında əsas məqsədlərdən biri də Ali Baş Komandan, möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun 44 günlük II Qarabağ Müharibəsində əldə etdiyi Zəfər nəticəsində işğal altında olan torpaqlarımızın azad olunması və insanların dədə-baba yurdlarına qayıtması ilə əlaqədar o bölgədə yaşayıb fəaliyyər göstərəcək jurnalistlətin koordinasiyasını yaratmaq olduğundan regional təşkilata daxil olan rayonlarda bölmələrin yaradılması zərurəti ortaya çıxırdı.
Bu baxımdan bir müddət sonra regional təşkilatın nəzdində ilkin olaraq Kəlbəcər bölməsi yaradıldı və bölməyə sədr şair, jurnalist AYB və AJB üzvü, “Manevr.az” Media Qrupunun rəhbəri Namiq Dəlidağlı seçildi.

İctimaiyyət nümayəndələrinin, müvafiq rayonları təmsil edən jurnalistlərin, elm və təhsil nümayəndələrinin iştirak etdiyi tədbirin aparıcısı, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti Rafiq Oday regional təşkilatın hansı zərurətdən yaradlması haqqında geniş məlumat vermişdir.



Filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, professorlar Razim Əliyev və Əliağa Cəfərov, Əməkdar jurnalist Eyruz Məmmədov, Əməkdar müəllim Ədalət Əsədov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin əməkdaşı Şamil Mamedov, Qubadlı rayon Ağsaqqallar Şurasının sədri Əvəz Həsənov, ”Sözün sehri” qəzetinin baş redaktoru Sevda Qafqazqızı, şair, publisist Sevinc Qərib və digər natiqlər çıxış edərək Azərbaycan Jurnalistlər Birliyinin Şərqi Zəngəzur Regional Təşkilatının gələcək fəaliyyətinə uğurlar dilədilər.
Sonda Qafqaz Əvəzoğlu və Namiq Dəlidağlı təqdimat mərasiminin yüksək səviyyədə təşkilinə və verilən dəstəyə görə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova, göstərilən etimada görə isə Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlıya minnətdarlıqlarını ifadə etmişlər.
Nigar Nəriman
Dalidag.az















Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
