Gəncədə kəlbəcərlilərlə görüş keçirildi - Şəkillər

20-07-2022 17:20

Kəlbəcər sakinləri ilə görüş keçirilib.
 
Dalidag.az xəbər verir ki, Milli Məclisin deputatı Aqil Məmmədov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndələri Gəncə şəhər 76 saylı hərbi şəhərcikdə məskunlaşan, Kəlbəcər rayon sakinləri ilə görüş keçiriblər.
 
Görüşdə deputat Aqil Məmmədov öncə işğaldan azad olunmuş Zəngilan rayonunun, Ağalı kənd sakinlərini yenidən abad kəndlərinə köçmələri münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə digər işğaldan azad edilmiş ərazilərə o, cümlədən Kəlbəcərə də qayıdış təmin ediləcək.
 
Cari ilin 26 İyun tarixində Prezidentin Kəlbəcər və Laçına səfəri zamanı Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda İsti su sanotoriyasının, su istehsalı zavodunun təməlini qoyması Böyüq Qayıdış prosesinin sürətləndirilməsi istiqamətində önəmli hadisədir. Həmçinin bölgəyə daha rahat çatmaq və turizm zonası olaraq bu ərazilərin inkişaf etdirilməsi üçün Laçın rayonunda inşa edilən yeni hava limanı bu istiqamətdə böyük rol oynayacaq. Bu zəfər sevincini bizlərə yaşadan müharibə veteranları, şəhid ailələri, qazilər dövlətin daim diqqət mərkəzindədir:
“Bu işlər kortəbii şəkildə deyil, proqram halında həll edilir. Yəni, kiminsə dövlətin yaratdığı imkanlardan, imtiyazlardan kənarda qalması mümkünsüzdür".

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Ali Baş Komdan İlham Əliyevin rəhbərliyi altında və dəmir yumruğu ətrafında birləşən cəsur ordumuz və qəhrəman xalqımız 44 gün ərzində düşmənin belini qıraraq onları doğma torpaqlarımızdan qovub çıxardı.
 
19 İyul 2022-ci il tarixində bütün Azərbaycan xalqı, dünya azərbaycanlıları möhtəşəm Qələbənin nəticəsinə, Zəngilan rayonunun Ağalı kənd sakinlərinin öz doğma kəndlərinə köçürülməsinə şahidlik etdi.
 
İnsallah, ən yaxın günlərdə doğma Kəlbəcərimizə qayıdışı belə bayram edəçəyik. Prezident İlham Əliyevin Kəlbəcər-Laçın rayonlarına səfəri 30 ilə yaxın müddətdə işğal altında qalmış və erməni vandalizmi nəticəsində xarabazarlığa çevrilmiş bu rayonlara yeni həyatın qayıtması, azad olunmuş şəhərlərdə təbii şəraitin və mövcud relyefin çətinliyinə baxmayaraq həyata keçiriləçək infrastruktur layihələrini uğurla icra edilir.
 
Görüşdə seçicilərin müraciətlərinə həssaslıqla yanaşılıb, onların qaldırdıqları məsələlər ilə bağlı aidiyatı üzrə tapşırıqlar verilib.
 
Kəlbəcər sakinləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Dalidag.az



Kateqoriya: Kəlbəcər
Tarix: 20-07-2022 17:20
Baxış sayı: 3302
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını