Reklam
Xamenei Rusiyanın Ukraynadakı hərbi əməliyyatını dəstəklədi
20-07-2022 11:50

Rusiya Prezidenti Vladimir Putin Tehrana rəsmi səfəri çərçivəsində İranın Ali rəhbəri Əli Xamenei ilə görüşüb.
“İRNA” xəbər verir ki, görüş zamanı Xamenei hazırda Ukraynada davam edən müharibəyə də toxunub.
“Müharibə münaqişələrin həll edilməsi üçün sərt vasitədir və İran heç bir halda sadə insanların üzərinə qoyulan çətinliklərin tərəfdarı deyil. Lakin Ukrayna ilə bağlı vəziyyətə gəldikdə, əgər siz (Rusiya – red.) vəziyyəti öz nəzarətiniz altına almasaydınız, digər tərəf öz təşəbbüsləri ilə müharibənin başlamasına səbəb olardı”, - deyə Xamanei söyləyib.
Onun sözlərinə görə, Qərb qüvvələri güclü və müstəqil Rusiyanın mövcudluğuna qarşıdırlar.
Xatırladaq ki, Rusiya fevralın 24-ü Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Rusiya tərəfi sözügedən bu hərbi müdaxiləni xüsusi hərbi əməliyyat adlandırır. Əməliyyat nəticəsində Rusiya Ukraynanın Xerson, Zaporojye vilayətləri də daxil olmaqla bir neçə bölgələrinə nəzarəti ələ keçirib. Müharibə zamanı çox sayda dinc sakin həlak olub.“qafqazinfo”
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 20-07-2022 11:50
Baxış sayı: 2250Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17



























