Laçın rayonunda yeni elektrik xətti çəkilib - VİDEO
21-07-2022 15:07

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq "Azərişıq” ASC işğaldan azad olunmuş Laçın rayonu ərazisində genişmiqyaslı işləri davam etdirir.
Dalidag.az bildirir ki, "Azərişıq” ASC- dən trend-ə verilən məlumata görə, "Güləbird” yarımstansiyasından mənbə kimi istifadə etməklə yeni çəkilən Güləbird-Minkənd kəndi istiqamətində 35 kV-luq xətt çəkilib. 35 kV-luq bu xətt üçün müasir, izoliyasiyalı naqildən istifadə edilib.
Güləbird ərazisindən Laçın dəhlizi istiqamətdə mövcud hava xətti isə bərpa olunub. Bütün hərbi hissələr və xüsusi dövlət əhəmiyyətli obyektlər elektrik enerjisi ilə təchiz edilib.
Laçın dəhlizi ərazisindən Minkənd kəndi istiqamətində 29 km 35 kV-luq hava xətti çəkilib. 17 km-lik 35 kV-luq "Bozlu-Pircahan” hava xəttinin tikintisi yekunlaşdırılıb. Hazırda Laçın dəhlizi daxilində 10 km uzunluğunda 35 kV-luq kabel xətti çəkilir. Görülən işlər nəticəsində Laçın rayonunun istənilən ərazisini elektrik enerjisi ilə təchiz etmək mümkündür.
Planda 5 istiqamət üzrə 35 kv-luq elektrik veriliş xətlərinin çəkilişi nəzərdə tutulub. Həmçinin, Laçınla Kəlbəcər rayonlarının elektrik şəbəkələrini birləşdirən dairəvi elektrik təchizat sxeminin yaradılması planlaşdırılıb.
Kateqoriya: Qarabağ
Tarix: 21-07-2022 15:07
Baxış sayı: 3281Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















