Aqil Aydın oğlu Mamedov Həyatımızda əlamətdar, yadda qalan günlər çox olur. Yaşımızın üstünə yaş gəlsə də, doğum günümüz də əlamətdar günlərdən sayılır. Bəzən istəsək də, istəməsək də doğum gnlərimizi qeyd etməli oluruq. Bu da unutmayan, dəyər verən dostların, yaxınların diqqəti sayəsində olur. Dost dostun şad gününə sevinər, ürəyi açılar. Ən gözəl təbriklər, ən gözəl sözlər dosta ünvanlanar. İllərdir çiynimizi əyən dərd yükünü yerə qoyduğumuza görə, artıq ürəkdən sevinməyə, şad günlərimizi

İyunun 23-də Ukraynanın müdafiə naziri Aleksey Reznikov ABŞ-ın HIMARS reaktiv yaylım atəşi sistemlərinin ilk 4 dənəsinin Ukraynaya gətirildiyini bildirdi. Özüyeriyən raket sistemləri olan HIMARS uzaq məsafədə hədəfi dəqiqliklə məhv edən raket sistemidir və bir çox özəllikləri ilə Rusiyanın analoji ağır artilleriya sistemlərindən üstündür. Onların Ukraynaya gətirilməsi xəbəri Moskvada ciddi narazılıqla qarşılandı. Bəzi ekspertlər isə bu sistemlərin Rusiya ordusunun hücum potensialına ciddi zərbə

Yevlaxda Azərbaycan polisinin yaranmasının 104-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər. Dalidag.az -ın xəbərinə görə, Rayon Polis Şöbəsində davam edən tədbirdə Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun polis əməkdaşlarına təbriki oxundu. Sonra çıxış edən Yevlax Şəhər İcra

İstərdik, elə bir gün gəlsin ki, Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə və İran nümayəndələri bir masa arxasına oturub, “Qarabağdakı ermənilərə heç bir təhlükə yoxdur və burada heç vaxt müharibə olmayacaq” desin. Dalidag.az xəbər verir ki, bu sözləri “Valday” beynəlxalq diskussiya klubunun proqram direktoru Timofey Bordaçev erməni jurnalist Aşot Safaryanın “Qarabağda rus sülhməramlıların müddətsiz qalmasını istəyirlər. Belə ssenari mümkündürmü?” sualına cavabında deyib. “Şübhə yoxdur ki,

Hazırda Laçın şəhərində 180-ə yaxın erməni yaşayır. Burada demək olar ki, cəmi 30-a yaxın ailə qalıb. Dalidag.az xəbər verir ki, bunu Laçında yaşayan ermənilərin "icma rəhbəri" Narek Aleksanyan deyib. İcma rəhbəri" etiraf edib ki, 2020-ci ilin dekabrından sonra onlarla ailə Laçını tərk edərək Gorusa, Qafana və Xankəndiyə gedib. O bildirib ki, Laçın şəhərinin və ətraf ərazilərin Azərbaycana qaytarılmasından sonra yerdə qalan əhali də Ermənistana köçməyə hazırlaşır: “Ermənistan hökuməti bizi

Polis işçilərinin peşə bayramı günü münasibəti ilə Kəlbəcər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Haxverdi Əkbərov, polis heyəti Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında Ümummilli liderin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Dalidag.az xəbər verir ki, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev və Kəlbəcər rayon İcra Hakimiyyətinin kollektivi, Azərbaycan Respublikasının daxili İşlər Naziri Cənab Vilayət Eyvazov başda olmaqla,

Bakıda məşhur tamada Natiq Dağlaroğlu toyda bıçaqlanıb. Dalidag.az bildirir ki, hadisə “Altun” restoranında baş verib. Belə ki, naməlum şəxs toy zamanı Natiq Dağlaroğlunu bıçaqlayıb. O, yaralı vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Yaxınlarının verdiyi məlumata görə, Natiq Dağlaroğlu əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. Məlumata görə, hadisə nəticəsində atasını restorandan götürməyə gedən oğlu Məhəmməd də xəsarət alıb. Dalidag.az
Yazı axını