Reklam

Aqil Aydın oğlu ömür nərdivanının növbəti pilləsinə qədəm qoyur - TƏBRİK
02-07-2022 22:30

Həyatımızda əlamətdar, yadda qalan günlər çox olur. Yaşımızın üstünə yaş gəlsə də, doğum günümüz də əlamətdar günlərdən sayılır. Bəzən istəsək də, istəməsək də doğum gnlərimizi qeyd etməli oluruq. Bu da unutmayan, dəyər verən dostların, yaxınların diqqəti sayəsində olur. Dost dostun şad gününə sevinər, ürəyi açılar. Ən gözəl təbriklər, ən gözəl sözlər dosta ünvanlanar. İllərdir çiynimizi əyən dərd yükünü yerə qoyduğumuza görə, artıq ürəkdən sevinməyə, şad günlərimizi açıq ürəklə qeyd etməyə də haqqımız var. Bu gün də o günlərdəndi ki, dostumuzun, məsləkdaşımızın ünvanına xoş sözlər söyləmək, ona gözəl arzular diləmək keçir könlümüzdən.
Bu gün dəyərli həmyerlimiz, "Çovdar və Şahkərəm" Cəmiyyətinin üzvü Aqil Aydın oğlu ömür nərdivanının növbəti pilləsinə qədəm qoyur. İllərdir təqvimin adi günü kimi ötürdüyümüz bu günkü tarix indi mahiyyətini dəyişib. Artıq iki ildir həsrət, nisgil, acı içində qarşılamırıq doğum günlərimizi.
Aqil bəy vətənini, yurdunu, el-obasını sevən vətənpərvər həmyerlilərimizdəndir. Cəmiyyətimizin inkişfındakı fəaliyyəti danılmaz və təqdirəlayiqdir. Bu yaxınlarda 30 il həsrət qaldığı ata yurdunu ziyarət edib. Deməli, doğum gününü daha sevincli, ürəkdən qeyd etmək üçün Aqil bəyin mübarək səbəbi var. İllər sonra həsrətindən qovrulduğu yurd torpağının ətrini ciyərlərinə çəkən insana bundan böyük hədiyyə ola bilməz.
"Çovdar və Şahkərəm" Cəmiyyəti əziz həmyerlimizi, əqidədaşımızı doğum günü münasibəti ilə ürəkdən təbrik edir, sevinci - uğuru bol ömür diləyir. Cəmiyyətin fəal üzvünü Tanrı möcüzəsi Kəlbəcərə, doğulub boya-başa çatdığı kəndinə qovuşması sevincinə şərik olur, gözün aydın, ziyarətin mübarək deyir. Cəmiyyyət olaraq qarşılarına qoyduqları məqsədə birlikdə çatmağı, missiyalarının həyata keçdiyinin bərabər şahidi olmağı arzu edir.
Dalidag.az



Yazı axını
08 / 08 / 2025
07 / 08 / 2025
06 / 08 / 2025
05 / 08 / 2025
04 / 08 / 2025
04 / 08 / 2025
03 / 08 / 2025
02 / 08 / 2025
02 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
30 / 07 / 2025
30 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
28 / 07 / 2025
28 / 07 / 2025
27 / 07 / 2025
27 / 07 / 2025
26 / 07 / 2025
Ən çox oxunanlar
08-08-2025 19:24

01-08-2025 13:57
