Yevlaxda 2 İyul - Azərbaycan Polisi günü qeyd edilib - ŞƏKİLLƏR

02-07-2022 14:49

Yevlaxda Azərbaycan polisinin yaranmasının 104-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər. 
Dalidag.az-ın xəbərinə görə, Rayon Polis Şöbəsində davam edən tədbirdə Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun polis əməkdaşlarına təbriki oxundu. 
Sonra çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, çətin və şərəfli vəzifələrində onlara uğurlar arzulayıb. Bildirib ki, 104 yaşlı daxili işlər orqanları bütün dövrlərdə xalqın və ölkənin təhlükəsizliyinin keşiyində etibarlı dayanıb, cinayətkarlığa qarşı qətiyyətli mübarizəni təşkil ediblər. Bu əlamətdar günün qeyd olunmasının əsası Ümummilli Liderimiz Heydər Əliyevin 1998-ci ildə imzaladığı Sərəncamla qoyulmuşdur. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixinə ən mühüm mərhələ kimi düşüb. Bu dövrdə Ümummilli Lider böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edib. 
Möhtərəm Prezidentimiz Müzəffər Ali Baş Komandan cənab  İlham Əliyevin  həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb. Bu gün ölkə başçısının diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərlərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldurlar.  
Yevlax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elnur Mehtiyev çıxış edərək bildirib ki, yarandığı gündən daxili işlər orqanlarının şərəfli xidmət yolu keçdiyini, polisin hər zaman dövlətçiliyimizə sadiq olduğunu və sabitliyin, əmin-amanlığın qorunmasında fədakar xidmət aparıblar. 
Daha sonra çıxış edənlər Azərbaycan Polisinin 104 illiyi münasibətilə polis əməkdaşlarını təbrik edərək şəxsi heyətə gələcək fəaliyyətlərində də uğurlar arzulayıblar.
Sonda 2 İyul Polis işçilərinin peşə bayramı günü münasibəti ilə və rayon ərazisində cinayətkarlığa qarşı mübarizənin aparılmasında, ictimai asayişin qorunmasında fərqləndiklərinə görə bir qrup polis işçisinə Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı və qiymətli xatirə hədiyyələri təqdim olunub.

Dalidag.az



Kateqoriya: Sosium
Tarix: 02-07-2022 14:49
Baxış sayı: 3305
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını